SON XƏBƏRLƏR

Erməni prezidenti Sarkisyanın Gürcüstana səfəri başlayıb.

2021.10.20, 07:36
Erməni prezidenti Sarkisyanın Gürcüstana səfəri başlayıb.

Gunaz.tv
Erməni prezidenti Sarkisyanın Gürcüstana səfəri başlayıb. serjsarkisyanb.jpg Gürcüstan Ermənistan sərhəddində gömrük qaydaları sadələşdirilir. Butovaz- Erməni prezidenti Serj Sarkisyanın Gürcüstana səfəri başlayıb. Bu gün Sarkisyanın parlament nümayəndələri ilə görüşü gözlənilir. Serj Sarkisyan prezident kimi ilk dəfə olaraq Gürcüstana səfər edib. Səfər çərçivəsində Ermənistan və Gürcüstan nümaynədə heyətlərinin geniş tərkibdə görüşü keçirilib. Bu görüşə qədər isə Mixail Saakaşvili ilə Serj Sarkisyan arasında qapalı görüş keçirilib. Görüşdən sonra hər iki dövlət başçısı birgə bəyanatla çıxış edib. Görüşdə gürcü-erməni sərhədində gömrük prosedurunun sadələşdirilməsi əsas müzakirə mövzusu olub. Mixail Saakaşvili bildirib ki, məsələni həll etmək məqsədilə yaxın günlərdə maliyyə və iqtisadi inkişaf nazirinin Yerevana səfəri nəzərdə tutulur. «Ermənistanla Gürcüstan sərhədi Almaniya, İsveçrə və Fransa kimi olmalıdır» - Saakaşvili belə deyib. Onun sözlərinə görə, tərəflər sərhədlərin delimitasiyası üzərində işi də artıq yekunlaşdırıb. Ölkəsinin Gürcüstanla əməkdaşlıqda maraqlı olduğunu deyən Serj Sarksiyan bu əlaqələrin regionda sabitliyə xidmət etdiyini vurğulayıb. Bildirib ki, Ermənistan Gürcüstanla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır. Bu gün Serj Sarksiyan Gürcüstan parlamentinin nümayəndələrilə də görüşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar