SON XƏBƏRLƏR

Azərbaycanda Tatarıstan Mədəniyyəti Günləri keçiriləcək

2021.10.20, 07:36
Azərbaycanda Tatarıstan Mədəniyyəti Günləri keçiriləcək

Gunaz.tv
Azərbaycanda Tatarıstan Mədəniyyəti Günləri keçiriləcək tataristan-bayraq.jpg Azərbaycana gələcək 60 nəfərdən artıq nümayəndə heyətinə Tatarıstan Respublikası Baş nazirinin müavini, mədəniyyət naziri Valeyeva Zilya Rəhimyanovna başçılıq edir Oktyabrın 4-6-da Azərbaycanda Tatarıstan Respublikasının Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycana gələcək 60 nəfərdən artıq nümayəndə heyətinə Tatarıstan Respublikası Baş nazirinin müavini, mədəniyyət naziri Valeyeva Zilya Rəhimyanovna başçılıq edir. Mədəniyyət günləri çərçivəsində oktyabrın 4-də rəsmi nümayəndə heyətinin Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevlə görüşü və mətbuat konfransı nəzərdə tutulub. Saat 15.45-də Muzey Mərkəzində Tatarıstan rəssamlarının müasir incəsənəti» adlı sərginin açılışı olacaq, saat 18.00-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Tatarıstan Mədəniyyət Günlərinin təntənəli açılışı və Tatarıstan incəsənət ustalarının konserti təşkil ediləcək. Oktyabrın 5-də isə Xırdalan şəhərində Tatarıstan incəsənət ustalarının konserti keçiriləcək. Ayın 6-da saat 11.00-da Axundov adına Milli Kitabxanada görüş və XIX-XX əsrlərdə Azərbaycanda milli-demokratik hərəkata həsr olunan kitabların elektron variantının təqdimatı baş tutacaq. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar