SON XƏBƏRLƏR

Ermənilər Xocavənd rayonunda narkotik vasitələr əkir . Məhsul digər ölkələrə satılır

2021.10.20, 07:36
Ermənilər Xocavənd rayonunda narkotik vasitələr əkir . Məhsul digər ölkələrə satılır

Gunaz.tv
Ermənilər Xocavənd rayonunda narkotik vasitələr əkir Məhsul digər ölkələrə satılır Oktyabrın 2-si Xocavəndin ermənilər tərəfindən işğal olunmasının 16 ili tamam olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "OLAYLAR"İA-ya daxil olan məlumatda bildirilir ki, 145647 hektar ərazisi olan Xocavənd rayonu özünəməxsus təbii sərvətləri ilə seçilib. Təbiət abidələrinə məxsus rayonun Qarakənld kəndində "Qırmıza kitab"a düşmüş 0,5 hektar 3-cü dövrün relikt növü olan, orta diametri 24 santimetr, hündürlüyü 12, yaşı 100 ilik azat ağacları mühafizə edilirdi. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşımıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib. Nazirliyin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz"inin əldə etdiyi məlumatlara əsasən rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi olaraq yandırılır, fauna və flora tamamilə məhv edilir. İşlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar