SON XƏBƏRLƏR

ABŞ DÖVLƏT KATİBİNİN BİRİNCİ MÜAVİNİ AZƏRBAYCANA GƏLİR

2021.10.20, 07:36
ABŞ DÖVLƏT KATİBİNİN BİRİNCİ MÜAVİNİ AZƏRBAYCANA GƏLİR

Gunaz.tv
ABŞ DÖVLƏT KATİBİNİN BİRİNCİ MÜAVİNİ AZƏRBAYCANA GƏLİR 2008-09-30 - 17:45:00 ABŞ dövlət katibinin birinci müavini Con Neqroponte oktyabrın 1-də Azərbaycana gəlir. Səfər oktyabrın 3-dək davam edəcək. Amerikanın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson «Turan»a bildirib ki, C.Neqroponte Azərbaycan rəsmiləri, biznes dairələri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, enerji, təhlükəsizlik, regional problemlər və demokratiya məsələləri müzakirə olunacaq. Dağlıq Qarabağ münaqişəsinin ayrıca müzakirə mövzusu olacağını qeyd edən T.Devidson bildirib ki, Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Ağ evdə Dağlıq Qarabağ probleminin həllinə imkan daxilində tez bir zamanda nail olmağı düşünürlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar