SON XƏBƏRLƏR

SENAT 700 MİLYARD DOLLARLIQ LAYİHƏYƏ «HƏ» DEDİ

2021.10.20, 07:36
SENAT 700 MİLYARD DOLLARLIQ LAYİHƏYƏ «HƏ» DEDİ

Gunaz.tv
SENAT 700 MİLYARD DOLLARLIQ LAYİHƏYƏ «HƏ» DEDİ 2008-10-02 - 11:46:00 ABŞ Konqresinin yuxarı palatası Senat iqtisadi böhranı cilovlamağa yönəlik 700 milyard dollarlıq qanun layihəsini 74 lehinə, 25 əleyhinə səslə qəbul edib. Qanun layihəsini ABŞ prezidentliyinə hər iki namizəd - demokrat Barak Obama və respublikaçı Con Makkeyn də dəstəkləyib. 451 səhifəlik qanun layihəsi oktyabrın 3-də Konqresin aşağı palatası olan Təmsilçilər Məclisində də səsə qoyulacaq. Təmsilçilər Məclisi sentyabrın 29-da qanun layihəsinin ilkin variantına «yox» deyib. Qanun ABŞ maliyyə nazirinə maliyyə bazarlarında sabitlik yaratmağa 250 milyard dollar ayırmaq imkanı verir. Prezidentin razılığı ilə Maliyyə Nazirliyi bu məqsədlə daha 100 milyard dollar ayıra bilər. Qalan 350 milyard dolların necə sərf olunması Konqresin öhdəsinə verilir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar