SON XƏBƏRLƏR

Mazandaranda tufan 4 nəfərin həyatına son qoyub

2021.10.20, 07:36
Mazandaranda tufan 4 nəfərin həyatına son qoyub

Gunaz.tv
Mazandaranda tufan 4 nəfərin həyatına son qoyub article_1222682290.gif İranın Mazandaran vilayətində təbii fəlakət – baş verib. Nəticədə 4 nəfər həlak olub. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb. İranın Fövqəladə Hallar Nazirliyinin Mazandaran vilayəti üzrə idarəsinin rəisi Ramazanzadə bildirib ki, tufan ötən gecə Babulsər, Sari, Neka, Gəlugah, Cuybar , Qaimşəhr və Behşəhr şəhərlərində baş verib. O bildirib ki, tufan zamanı əsən küləyin sürəti saatdə 110 kilometrə çatıb. Su, elektrik, rabitə xətləri və yollar sıradan çıxıb. İlkin hesablamlara görə, dəymiş ziyanın məbləği 30 milyon dollara çatır. Həlak olanların cəsədləri qonşu şəhərin ərazisində tabılıb. Ölənlərin şəxsiyyəti araşdırılır. // Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar