SON XƏBƏRLƏR

Azərbaycanlı boksçu Dünya Çempionu oldu

2021.10.20, 07:36
Azərbaycanlı boksçu Dünya Çempionu oldu

Gunaz.tv
Azərbaycanlı boksçu Dünya Çempionu oldu boks7.jpg Anar Cəfərov (64 kq) isə yalnız final görüşündə rusiyalı rəqibi Aleksandr Jirnova məğlub olaraq gümüş medalla kifayətlənib Rusiyanın Kazan şəhərində tələbələr arasında keçirilən tələbələrin boks üzrə dünya çempionatı başa çatıb. Yarışın son günündə Azərbaycan boksçuları daha iki medal qazanıblar. Elgün Əhmədov (51 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıb. Anar Cəfərov (64 kq) isə yalnız final görüşündə rusiyalı rəqibi Aleksandr Jirnova məğlub olaraq gümüş medalla kifayətlənib. Qeyd edək ki, daha öncə digər boksçumuz Rəhim Nəcəfov Dünya Çempionatının bürünc medalını qazanmışdı. Daha bir boksçumuz İlkin Ağayev isə ən gənc idmançı kimi Dünya Çempionatının mükafatını alıb. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar