SON XƏBƏRLƏR

İRAN MƏKTƏBLƏRİNDƏ ZİNƏT ƏŞYALARI və MOBİL TELEFONDAN İSTİFADƏYƏ QADAĞA QOYULDU

2021.10.20, 07:36
İRAN MƏKTƏBLƏRİNDƏ ZİNƏT ƏŞYALARI və MOBİL TELEFONDAN İSTİFADƏYƏ QADAĞA QOYULDU

Gunaz.tv
İRAN MƏKTƏBLƏRİNDƏ ZİNƏT ƏŞYALARI və MOBİL TELEFONDAN İSTİFADƏYƏ QADAĞA QOYULDU iranmekteb.jpg İran Təhsil Nazirliyinin idarə rəisi Əlirza Rəhimi jurnalistlərə açıqlamasında ibtidai məktəbdə oxuyan qızların zinət əşyaları və mobil telefondan istifadəsinə qadağa qoyulduğunu bildirib. «Media forum» saytının məlumatına görə, Ə.Rəhimi məktəblərdə şagird qızların zinət əşyaları və mobil telefondan istifadəsinə qadağanı dərs prosesinə maneçiliklə əlaqələndirib: «Mən qızlara tövsiyə edirəm ki, məktəblərdə zinət əşyaları və mobil telefonlardan istifadədən çəkinsinlər. Bu tövsiyəm təhsilin digər mərhələlərində oxuyan şagirdlərə də aiddir. Əgər məktəbdə müəyyən bir şeydən istifadə dərs prosesinə mane olursa, ona qadağa qoyulmalıdır. Baxmayaraq ki, qanun belə bir qadağa nəzərdə tutmur». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar