SON XƏBƏRLƏR

Belarusda parlament seçkiləri başa çatdı. Müxalifət yenə də parlamentə keçə bilmədi

2021.10.20, 07:36
Belarusda parlament seçkiləri başa çatdı. Müxalifət yenə də parlamentə keçə bilmədi

Gunaz.tv
Belarusda parlament seçkiləri başa çatdı Müxalifət yenə də parlamentə keçə bilmədi lukas-ogul.jpg Belarusda parlament seçkiləri keçirilib. Lent.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina müxalifət nümayəndələrindən heç kimin yeni parlamentə keçə bilmədiyini açıqlayıb. Yermoşina seçkilərdə səs hüququ olan seçicilərin təxminən 80 faizinin iştirak etdiyini vurğulayıb. O, müxalifətin parlamentə keçə bilməməsinin səbəblərinə də toxunub: “Seçicilər həyatlarının kəskin şəkildə dəyişəcəyindən qorxaraq müxalifətə səs verməyiblər. Belarus seçicisi əlində olanı itirməkdən qorxur və müxəlifətə ehtiyatla yanaşır”. Seçki məntəqələri bağlanandan dərhal sonra müxalifət nümayəndələri Minskin mərkəzində mitinq keçiriblər. Hakimiyyət orqanları mitinqdə 500, “Xartiya 97” internet qəzeti isə bir neçə min adamın iştirak etdiyini bildirirlər. Nümayiş iştirakçıları əllərində “Biz seçkilərin lehinə, saxtakarlığın əleyhinəyik”, “Lukaşenko Avropanın sonuncu diktatorudur”, “Azadlıq uğrunda”, “Yeni seçkilərə” şüarları tutublar. Aksiya insidentsiz ötüşüb. Müxalifətin liderlərindən olan Aleksandr Kozulinin çağırışından sonra insanlar evlərinə dağılışıblar. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar