SON XƏBƏRLƏR

Abdullah Gül:İşğal edilmiş torpaqlar azad edilməyincə, Ermənistanla sərhədlərin açılmasından söhbət gedə bilməz

2021.10.20, 07:36
Abdullah Gül:İşğal edilmiş torpaqlar azad edilməyincə, Ermənistanla sərhədlərin açılmasından söhbət gedə bilməz

Gunaz.tv
İşğal edilmiş torpaqlar azad edilməyincə, Ermənistanla sərhədlərin açılmasından söhbət gedə bilməz abdula-bmt.jpg «Azərbaycanın işğal edilmiş torpaqları azad edilməyincə, Ermənistanla sərhədlərin açılmasından söhbət gedə bilməz». Türkiyə prezidenti Abdullah Gül BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan Assosiasiyasının üzvləri ilə görüşdə belə deyib. Abdullah Gül Türkiyəyə qardaş olan Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasının vacibliyini vurğulayıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan münasibətləri geniş müzakirə edilib. lidertv ----------------------------------------------------------------------------- Şeyxülislam Hacı Allahşükür Paşazadə xalqımızı və müsəlmanları təbrik edib sheyx202.jpg Müqəddəs Ramazan bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə xalqımızı və müsəlmanları təbrik edib. Şeyx bu əziz bayram günündə ibadətlərin qəbul olunmasını, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini arzulayıb. Təbrikdə bu ilki Ramazan bayramının prezident seçkilərinə təsadüf etdiyini vurğulayan Qafqaz Müsəlmanları İdarəsinin sədri səsvermədə fəal iştirak edəcəyinə və milli lider Heydər Əliyevin yolunu irəli aparan namizədə səs verəcəyini əminliyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar