SON XƏBƏRLƏR

ABŞ-da İQTİSADİ BÖHRANDAN XİLAS OLMAQ ÜÇÜN ANLAŞMA

2021.10.20, 07:36
ABŞ-da İQTİSADİ BÖHRANDAN XİLAS OLMAQ ÜÇÜN ANLAŞMA

Gunaz.tv
ABŞ-da İQTİSADİ BÖHRANDAN XİLAS OLMAQ ÜÇÜN ANLAŞMA Respublikaçılar və demokratlar 700 milyard dollarlıq yardım paketini təsdiqləməyə razılaşdılar 644.jpg ABŞ Konqresində Respublikaçılar və Demokratlar partiyalarının liderləri arasında ölkədə yaranmış maliyyə böhranını aradan qaldırmaq üçün hökumətin təklif etdiyi xilas paketinə dair anlaşma əldə edilib. Bu paket böhranla üzləşən iri bankların borclarını bağlamaq üçün dövlətin 700 milyard dollarlıq yardım ayırmasını nəzərdə tutur. Nümayəndələr palatasının spikeri Nensi Pelosi deyib ki, paketin Konqresdə qəbul edilməsi yönündə böyük irəliləyiş əldə edilib. Senatdakı respublikaçıların lideri Harri Rid də anlaşmanı “dönüş” adlandırıb. Xəbər verildiyi kimi, paketi ABŞ-ın maliyyə naziri Henri Poulson ölkənin ən iri banklarının bir-birinin ardınca batmasından sonra təcili qaydada hazırlayıb. Ötən həftə Ağ Evdə prezident Buşun yanında respublikaçılar və demokratlar sənədi müzakirə etsələr də, anlaşma əldə edilməmişdi. Belə ki, Konqresdəki respublikaçı liderlər dövlətin banklara bu qədər yardım ayırmasına qarşı çıxırdılar. Maliyyə naziri Poulson isə sənədi dəstəkləmək üçün toplantı zamanı spiker Pelosi qarşısında yarızarafat diz çökmüşdü. Amerika iqtsadiyyatını xilas planının elə bu gün Konqresdə təsdiq ediləcəyi gözlənilir. Lakin ekspertlərə görə, sənədin böhranın aradan qaldırılmasına ciddi təsiri olmayacaq. Amerikada başlayan böhran artıq bir sıra Asiya və Avropa ölkələrinə də sirayət edib. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar