Financial Times: İranın yenidənqurma üçün pulu yoxdur
CENTCOM: Hörmüzdə mina iddiaları yalandır
Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək
İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
Nyu-Yorkda səfəri zamanı Türkiyə prezidenti Abdulla Gül “Amerikanın səsi”nin Azərbaycan bürosuna müsahibə verib. Gül Qafqazdakı son vəziyyət, Türkiyə-Ermənistan-Azərbaycan münasibətləri və Gürcüstan-Rusiya qarşıdurması barədə danışıb. Türkiyə prezidenti ilə müsahibənin tam mətnini təqdim edirik. - Cənab prezident, bu yaxınlarda Bakıya və Yerevana səfərləriniz hər iki ölkədə müxtəlif cür qarşılandı. Buna müsbət baxanlar da oldu, tənqidi yanaşanlar da. Bu səfərlərdən sonra Azərbaycanla Ermənistanın siyasilərinə, xalqlarına hansı mesajları vermək istərdiniz? - Əslində İrəvana səfərim bir təsadüf nəticəsində başladı. Yəni bir futbol matçı ilə. Əgər Ermənistanla Türkiyə bu matçda bir yerə düşməsəydilər, bəlkə də bu səfərim gerçəkləşməyə bilərdi. Amma açığını deyim ki, bunun əvvəli də var. Hələ Serj Sərkisyan prezident seçiləndə, mən ona bir təbrik məktubu göndərdim və münasibətlərimizin arzuolunan nöqtəyə gəlməsi üçün zəhmət sərf etməyin, çalışmağın doğru olacağını, bütün Qafqazda sülhə və inkişafa çox önəm verdiyimizi yazdım. O da bəlkə elə bunun qarşılığında matç dəvətini cəsarətlə irəli sürdü. Amma bunu demək istəyirəm ki, Qafqazda donmuş problemlər var. Biz bu donmuş problemlərin belə qala bilməyəcəyini düşünürük. Onun üçün işləmək lazımdır. Problemlər bəllidir: Qarabağın işğalı ortadadır, Gürcüstandan bəhs edərkən Abxaziya və Osetiya məsələləri ortadadır, Türkiyə ilə Ermənistan arasındakı problemlər də ortadadır. Bunlar bilinən problemlərdir. Bu münaqişələr əbədi qala bilməz. Qalarsa, onun zərərini bölgədə özümüz, xalqlarımız çəkir. Halbuki problemlər həll edilsə, danışılsa, anlayış göstərilsə, bunun üçün səy sərfÿ göstərilsə, onda böyük bir işbirliyi ortaya çıxardı. Bundan da kim faydalanar? Yenə də bölgənin xalqları. Türklər, azərilər, ermənilər, gürcülər - hamı bundan qazanar. Onun üçün də biz belə bir siyasət yürüdürük. Əlbəttə, bu o demək deyil ki, problemlər elə bir gecədə asanlıqla həll oluna bilər. Amma həll üçün yaxşı bir mühit yaratmaq lazımdır, bunun üçün də dialoq olmalıdır. Gürcüstanla Rusiya arasında ötən ay yaşanan olaylar problemləri özbaşına buraxmağın nə qədər təhlükəli olduğunu göstərdi. Rusiya ilə Gürcüstan savaşanda bundan təkcə iki ölkə zərər görmədi ki. Azərbaycan da narahat oldu, Ermənistan da və əlbəttə ki, biz də. Qara dəniz kimi kiçik bir dənizə bir çoxÿ hərbi gəminin gəlməsi hamımızı narahat etdi. Əminəm ki, bundan Rusiya da məmnun deyil. Mən onlarınÿ da son hadisələrdən o qədər xoşbəxt olmadığı qənaətindəyəm. Onun üçün də, biz dialoqa önəm verən ölkə kimi, yaranmış bu böhrandan bir fürsət çıxarmaq ümidi ilə Qafqaz Əməkdaşlıq Platformasını ortaya atdıq. Bunu məmnuniyyətlə deyə bilərəm ki, Rusiya təklifimizə çox güclü dəstək verdi, Azərbaycan və Ermənistan da həmçinin. Gürcüstan da əslində bu məsələni dəstəkləyir, amma hazırda düşdükləri psixoloji vəziyyət bəlkə bir qədər önə çıxmaqlarına imkan vermədi. Amma mən inanıram ki, belə bir əməkdaşlıqdan hamı faydalanacaq. Sadəcə, bu mesajı vermək istəyirəm. Düşmənçilikÿ hissləriylə bir yerə getmək olmaz. Birdən birə onlar çox alovlanır və beləliklə də müharibə ortaya çıxır. Halbuki danışaraq, anlaşaraq məqbul bir həll yoluna yetişmək üçün hər kəsin səy göstərməsi lazımdır. Biz də bunu edirik... Mən inanıram ki, Ermənistana səfərimə qarşı çıxanlar daha sonra hansı yaxşı niyyətlərlə hərəkət etdiyimi görüb, onlar da anlayışla qarşılayıblar. Mən İrəvandan sonra tezlikləÿ Bakıya səfər etdim və İlham Əliyevə bütün niyyətlərimi və gözləntilərimi izah etmək fürsəti əldə etdim. Doğrusu, onunla da çox faydalı və yararlı bir görüş keçirdik. O da Qafqazda sülhə və inkişafa üstünlük verir. Ümid edirəm ki, qarşıdakı aylarda hamımız birlikdə gözəl işlər görəcəyik. - Ermənistanın Azərbaycanla yanaşı, Türkiyə ilə də problemləri var. Söhbət tarixi iddidalardan gedir. İrəvanda olarkən ermənilərin bu idiialarından çəkilmək niyyətində olduğunu hiss etdinizmi? - Problemlər olmasaydı, sərhədimiz açıq olardı. Problem olmasaydı, tam diplomatik əlaqə qurardıq. Demək ki, ortada problemlər var. Məhz bu problemləri qaldırmaq üçün də dialoq olmalıdır. Bu problemlərin həlli də bir gecədə olacaq ÿiş deyil. Bu, illərdir ki sürən məsələlərdir. Amma siyasi iradələrimizi ortaya qoyub bu problemlərimizi çözəlim və qarşımızda münasibətlərimizi zəhərləyən nədirsə bu zəhərləri ortadan qaldıraq. Niyyətimiz budur. Doğrusu mənim səfərdə də niyyətim məhz bu idi. Mən bunu Sərkisyanda da gördüm. O mənimləÿ Qafazdakı lazımsız proseslərin onlara necə təsir etdiyini açıq danışdı. Onların da prosesləri dərin təhlil etməyə başladıqlarını gördüm. Biz də vəziyyəti yenidən təhlil edirik. Azərbaycanda hamı bunu edir. Mən buna ehtiyac olduğu qənaətindəyəm. Əvvəlcə yaxşı niyyət lazımdır. Ondan sonra cəsur şəkildə problemləri danışmaq lazımdır. Məncə, belə bir fürsət indi var. - Rusiya-Gürcüstan qarşıdurmasında Türkiyə kimin yanındadır? - Təəssüf ki, Cənubi Osetiyada və Abxaziyada donmuş problemlər var idi və bunlar da bu hadisələrə yol açdı. Biz əvvəldən Gürcüstanın siyasi bütünlüyünə vəÿ ərazi bütövlüyünə önəm veririk. Amma təbii ki dialoqla bu problemləri həll etmək daha yaxşı olardı. Yenə də təkrar edirəm. Mən ortaya çıxan vəziyyətdən rusların da çox məmnun olduğu qənaətində deyiləm. Çünki onlar da bölgədə bir gərginliyin yaranmasını arzu etmirlər. Onlar da Qafqazda əməkdaşlığı və inkişafı arzu edirlər. Hər halda, keçirdiyimiz görüşlərdə və müzakirələrdə biz bu mesajı aldıq. Ona görə də indi danışmaq vaxtıdır. Danışarkən də qıcıqlandırmadan, daha çox ritorikaya yol vermədən danışmağın problemlərin həllinə yardımçı olacağı qənaətindəyəm. - Bu müharibənin regiondakı enerji infrastrukturuna hansı təsirləri oldu? - Mən heç də o qənaətdə deyiləm. Ruslar istəsəydilər, enerji boru xətlərini bombalaya bilərdilər. Belə bir niyyətləri heç vaxt olmayıb. Bakı-Tbilisi-Ceyhan boru xətti olduqca gözəl işləyir və işləməkdə də davam edəcək. Bakı-Tbilisi-Ərzurum da işləyir. Mən bölgədə əməkdaşlıq və inkişaf başlayarsa, yeni boru xəttlərinin, yeni yolların və yeni gözəl layilələrin gerçəkləşə biləcəyinə inanıram. O baxımdan da Qars-Tbilisi-Bakı dəmir yolu layihəsi də eyni şəkildə davam edəcək. - Regionun ziddiyyətlərinə baxmayaraq, Qafqazda vahid əməkdaşlığın alınacağı ilə bağlı nikbinliyinizi görürük. Yəni bunun üçün həqiqətən real siqnallar varmı? - Mən ümidliyəm. Liderlərlə keçirdiyim görüşlərdə - həm cənab Əliyev, həm cənab Sərkisyanla apardığım danışıqlarda, həm də baş nazirimizin cənab Putinlə keçirdiyi görüşlərdə biz belə bir qənaət əldə etmişik. Əlbəttə ki, həm də cənab Saakaşvili ilə keçirdiyimiz görüşlərdən də bu qənaətimiz var. Xəbər xidməti musavat
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb