SON XƏBƏRLƏR

ELMAR MƏMMƏDYAROV KONDOLİZA RAYSLA GÖRÜŞÜB . Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasında da çıxış edib

2021.10.20, 07:36
ELMAR MƏMMƏDYAROV KONDOLİZA RAYSLA GÖRÜŞÜB . Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasında da çıxış edib

Gunaz.tv
ELMAR MƏMMƏDYAROV KONDOLİZA RAYSLA GÖRÜŞÜB Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasında da çıxış edib 2528.jpg BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak etmək üçün Nyu Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Kondoliza Raysla görüşüb. Azərbaycan XİN-dən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ikitərəfli siyasi və iqtisadi əlaqələr barədə müzakirələr aparılıb. Dünyada və xüsusilə regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi edilib. Hər iki ölkənin xarici siyasət idarələrinin başçıları bölgədə sülh və sabitliyin bərqərar olması ilə bağlı səylərin əsirgənməməsinin vacibliyini vurğulayıblar. ABŞ dövlət katibi Azərbaycanın regionda vacib rol oynadığını qeyd edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr də aparılıb. E.Məmmədyarovla K.Rays həmçinin enerji təhlükəsizliyi məsələsi ilə bağlı müzakirələr aparıblar. Azərbaycan XİN-in başçısı habelə Baş Assambleyanın sessiyasında çıxış edib. “Amerikanın səsi” radiostansiyası məlumatın zəruriliyindən danışıb. Nazirin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının islahatları təşkilatın etibarlılığını daha da artırır: “Bu iclas Cənubi Qafqaz və ümumilikdə bütün dünya üçün çox mühüm vaxtda keçirilir. Keçən ay Gürcüstanda baş verən hadisələr aydın şəkildə göstərir ki, regionda stabilliyi bərpa etmək üçün biz kollektiv səy göstərməklə beynəlxalq təhlükəsizlik sistemini gücləndirməliyik”. Nazir Gürcüstan hadisəsinin Dağlıq Qarabağ da daxil olmaqla, GUAM daxilindəki münaqişələrin regionda davamlı sülhün əldə olunması üçün başlıca qeyri-stabillik mənbəyi olduğunu təsdiq etdiyini bildirib. O, bu baxımdan Türkiyənin irəli sürdüyü “Qafqazda Stabillik və Əməkdaşlıq Platforması”nın regional stabilliyə nail olmağa xidmət edə biləcəyini dilə gətirib. “Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı münaqişə bizim üçün başlıca məsələ olaraq qalır. Azərbaycan hökuməti beynəlxalq qanunların prinsip və normaları əsasında münaqişəni sülh yolu ilə həll etməyə öhdəlik götürüb”,- deyə o bildirib. BMT-nin erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxmasını tələb etdiyini vurğulayan nazir təşkilatın bu barədəki son qətnaməsini də yüksək qiymətləndirərək üzv ölkələrə təşəkkürünü bildirib. Onun sözlərinə görə, bu qətnamə hazırda zəbt olunmuş Azərbaycan ərazilərindəki evlərindən didərgin düşən insanların fundamental hüquqlarını tanıyır: “Bildirmək istəyirəm ki, qətnamədə öz əksini tapmış prinsiplər danışıqlar prosesində əsas kimi istifadə olunmalıdır. BMT Baş Assambleyası hazırkı sessiyasının gündəliyindəki 18-ci bəndinə əsasən Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyəti diqqət mərkəzində saxlamağa davam edəcək”. Nazir Azərbaycanın BMT-yə üzv ölkə kimi götürdüyü demokratiyanın inkişafı, qanunun aliliyi və insan haqları öhdəliklərini tam yerinə yetirdiyini deyib. Sonda o bildirib ki, Azərbaycan islahatlar və maarifləndirməyə yatırımlar vasitəsilə dünyanın ona aid hissəsində uzunmüddətli stabilliyin və tərəqqinin əldə olunacağına inanır. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar