SON XƏBƏRLƏR

Rusiya Ermənistanda ikinci baza yaradacaq. O, İcevanda yerləşəcək

2021.10.20, 07:36
Rusiya Ermənistanda ikinci baza yaradacaq. O, İcevanda yerləşəcək

Gunaz.tv
Rusiya Ermənistanda ikinci baza yaradacaq. O, İcevanda yerləşəcək ermenistan_28san.jpg Rusiyanın Müdafiə Nazirliyi 2010-cu ilin noyabr ayına qədər Ermənistanda yeni hərbi baza yaratmağı planlaşdırır. Gümrüdəki 102-ci bazadan sonra Rusiyanın Ermənistandakı ikinci bazası İcevanın cənub həndəvərində yerləşdiriləcək. Burada ağır zirehli texnika, özüyeriyən artilleriya qurğuları və digər silahlar olacaq. Müşahidəçilərin fikrincə, Azərbaycan və Gürcüstan yaxınlığındakı İcevanda rusiyalı hərbçilərlə onların ağır texnikasının kompakt şəkildə cəmləşməsi qonşu dövlətlər üçün real təhlükə mənbəyi sayıla bilər. 2006-2007-ci illərdə Rusiyanın Gürcüstandakı hərbi bazalarının ləğv edilməsi prosesi çərçivəsində Axalkalakidən çıxarılan silah və hərbi texnikanın çox böyük qismi Ermənistanın İcevan, Tavuş və Berd rayonlarında yerləşdirilib. İcevanda yeni baza yaradılandani sonra həmin texnikanın hamısı ora yığılacaq, Bununla yanaşı, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından da bir neçə alay İcevana aparılacaq. Hərbi ekspertlərin fikrincə, söhbət 992-ci artilleriya və 988-ci zenit-raket alaylarından gedir. 992-ci artilleriya alayı qaubisalarla silahlanmış üç batareya və "Qrad" reaktiv-artilleriya qurğuları divizionundan ibarətdir. 988-ci zenit-raket alayında isə üç "Kub" qurğuları və iki "S-300" zenit-raket qurğuları batareyaları var. Hər iki alayın şəxsi heyəti 500 nəfərdən ibarətdir. NATO-ya can atan Gürcüstan və Şimali Atlantika Alyansı ilə sıx əlaqələrə malik Azərbaycan sərhədlərinin yaxınlığında taktiki silahları yerləşdirməklə Rusiya hərbi qüdrətini nümayiş etdirəcək, Bakı və Tiflisə təzyiqlər göstərməyə çalışacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar