SON XƏBƏRLƏR

iranda PROKUROR MƏHBUS AİLƏLƏRİNİ HƏDƏLƏYİB_Beynəlxalq qurumlar azərbaycanlı məhbusların azadlığa buraxılmasını istəyib

2021.10.20, 07:36
iranda PROKUROR MƏHBUS AİLƏLƏRİNİ HƏDƏLƏYİB_Beynəlxalq qurumlar azərbaycanlı məhbusların azadlığa buraxılmasını istəyib

Gunaz.tv
PROKUROR MƏHBUS AİLƏLƏRİNİ HƏDƏLƏYİB Beynəlxalq qurumlar azərbaycanlı məhbusların azadlığa buraxılmasını istəyib S.SƏDRƏDDİN Milli və qanuni haqlarını tələb etdiyinə görə Tehran hakimiyyətinin həbs etdiyi Azərbaycan türklərinin taleyinə beynəlxalq hüquq müdafiəçiləri daha diqqətli yanaşmağa başlayıblar. Ötən gün Beynəlxalq Əfv Təşkilatı bəyanat yayıb. Yayılan məlumatlara görə, orada deyilir ki, milli haqları tələb edənlər sentyabrın 10-dan etibarən həbs olunublar. Sənəddə onların adları göstərilib: 53 yaşlı mühəndis, jurnalist, "Dilmanc" dərgisinin məsulu Əlirza Sərrafi, yazıçı, etnik məsələlər üzrə araşdırıcı, "Varlıq" dərgisinin yazarı Əkbər Azadi, müəllim, mühəndis, türk dili, tarixi və ədəbiyyatının araşdırıcısı, yazıçı, "Varlıq" jurnalının yazarı Həsən Raşidi, şair, jurnalist, "Ədəbi yaşmaq" dərgisinin baş redaktoru Səid Muğanlı, hüquq müdafiəçisi Həsən Rəhimi-Bayat, müəllim - Hüseyn Heydəri, şair Mehdi Nəimi-Ərdəbili, Abbas Nəimi-Xoyi, Ovçu Qoşaçaylı (Səyyad Məhəmmədian). Bəyanatda İran rəhbərliyi insan haqlarına sayğı göstərməyə çağırılır, eləcə də hakimiyyətin bu sayaq davranışı pislənilir. Qurumun İranın milli təhlükəsizlik naziri Qulamhüseyn Möhsüni-Ejeiyə də ünvanlandığı bu məktubda ETTELAAT-ın təcridxanalarında tutulanlara işgəncələrin verilməsinə son qoyulması tələb edilir. Məhbusların ailə üzvləri ilə görüşməsinə şərait yaradılması da hakimiyyətdən istənilir. "Turan"ın məlumatına görə, "Sərhədsiz Reportyorlar" beynəlxalq jurnalist təşkilatı da Tehranda sentyabrın 10-da həbs olunan jurnalistlərlə bağlı bəyanat yayıb. Sənəddə onların azad olunması istənilib. Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Əli Taşkənt, Əlirza Sərrafinin haqlarının qorunması məqsədilə dünyanın çeşidli hüquq müdafiəsi qurumlarına, o cümlədən BMT-nin insan haqları komissarlığına müraciət edib. Sədr bildirib ki, Ə.Sərrafi sayılıb-seçilən elm adamlarındandır. "Pantürkçü" adlandırılan və milli haqlarını qoruyanların yaşadıqları mənzilə sanksiyasız girilməsi, habelə onların qanunsuz həsb edilməsi, eləcə də fiziki xətər yetirilməsinə hakimiyyət tərəfindən icazə verilib", - deyə qurum sədri bildirib. Ötən həftə Təbriz Universitetinin həbs olunmuş tələbələrinin ailə üzvləri Şərqi Azərbaycan əyalətinin prokuroru ilə yaxından, üz-üzə görüşmək istədiklərini bildiriblər. DAK-ın məlumatına görə, prokurorun birinci müavini Xəlilullahi ailə üzvlərini hədələyərək "bu işlə daha çox maraqlansanız, sizləri də həbs etdirərəm. Sizlərin həbsi üçün əlimdə yetərincə faktlar var. Gedin, sakit oturun, yoxsa ailəvi olaraq hamınız həbsxanada çürüyərsiniz". Birinci müavin onu da bildirib ki, istintaq davam etdiyindən tələbə məhbusların həbs müddəti uzadıla da bilər. Xatırladaq ki, ASMƏK Azərbaycan türklərinin milli, qanuni haqlarını tələbə etdiyi üçün son iki ayda tutulanlar barəsində məlumat yayıb. Hesabatda bildirilib ki, son iki ayda həbsə alınan yazıçı, jurnalist, hüquq müdafiəçisi və tələbə azərbaycanlıların sayı 25 nəfəri aşıb. İyulun 17-dən bəri ən azı 10 azərbaycanlı tələbə həbs olunub. Onlardan Vədud Əsədi və Şahrux Hatəmi sərbəst buraxılıb. Məhbusların ailələri dustaqlara işgəncə verilməsindən narahatdır. Təbriz Universitetində tutulan Səccad Radmehr, Fəhraz Zehtab, Aydın Xacei və Daryuş Hatəmi (Elçin), Mənsur Əminian, Maqsud Əhdi, Əmir Mərdani, Xoy şəhərində həbs olunmuş Məcid Makuyizadın (Elyar Xoylu) ailələri İran məhkəmə sisteminin sədri ayətulla Haşimi Şahrudiyə açıq məktub yazıb. Onlar məhbus ailə üzvləri ilə görüşmək istədiklərini, habelə tutulanların vəkillə təmin olunmasını tələb ediblər. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar