SON XƏBƏRLƏR

Pakistan ordusu Əfqanıstanla sərhəddə silahlılara zərbə endirib

2021.10.20, 07:36
Pakistan ordusu Əfqanıstanla sərhəddə silahlılara zərbə endirib

Gunaz.tv
Pakistan ordusu Əfqanıstanla sərhəddə silahlılara zərbə endirib Pakistan silahlı qüvvələri Bacur rayonunda –Əfqanıstanla sərhəddə bir gün əvvəl təşkil olunan hərbi əməliyyatlarda 25 döyüşçünü məhv edib. Pakistan ordu komandanlığının məlumatına görə, hərbi qarşıdurmada 3 hərbiçi həlak olub. Bacur rayonunda keçən həftə ərzində döyüşlərdə 1000-dən çox döyüşçü məhv edilib, 66-ya yaxın hərbi qulluqçu həlak olub. -------------------------------------------------------------------- Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə deyilir: «Sizi və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Orucluğun sınaqlarından alnıaçıq çıxan mömin vətəndaşlarımız Ramazan günlərini qürur hissləri ilə yola salır, məmnunluqla bayram sevincini bölüşürlər. Hər il Azərbaycanda böyük fərəh və könül xoşluğuyla keçirilən orucluq mərasimləri xalqımızın öz milli-mənəvi dəyərlərinə sadiqliyini nümayiş etdirir, cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq və qardaşlıq münasibətlərinin təntənəsinə çevrilir. Bu əziz bayram günlərində bir daha hər birinizi səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin!».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar