SON XƏBƏRLƏR

ERMƏNİLƏR DƏ "İSRAİLƏ ÖLÜM!" DEYİBLƏR

2021.10.20, 07:36
ERMƏNİLƏR DƏ "İSRAİLƏ ÖLÜM!" DEYİBLƏR

Gunaz.tv
Güney Azərbaycandakı erməni icması da "Qüds günü"nə qatılıb S.SƏDİ İran İslam Respublikası rəhbərliyi hər il Ramazan ayının sonuncu cümə gününü "Qüds günü" kimi qeyd edir. Həmin gün hakimiyyət ölkənin çeşidli şəhər və rayonlarında tədbirlər təşkil edir. Belə mərasimlərin əsas şüarı "İsrailə ölüm!"dür. Bu tip aksiyalarla İslam Respublikası özünü müsəlman dünyasının lideri kimi təsdiq etməyə çalışır. 30 ilə yaxındır "Qüds günü"ndə rejim Fələstin xalqının "İsrail tərəfindən zülmə məruz" qaldığını, habelə ərəblərin "müqavimət hərəkatı"nın Tehran hakimiyyəti tərəfindən müdafiə olunduğunu bəyan edir. Yayılan xəbərlər görə, Güney Azərbaycanda yaşayan erməni icması da bu mərasimə qatılıb. Onların başçısı Nisan Topozyan bildirib ki, "Qüds günü" piketlərində Güney Azərbaycanda yaşayan ermənilər də geniş şəkildə iştirak ediblər. "İsrailin Fələstin xalqına qarşı işğalçılıq siyasətinə dünya erməniləri etiraz etməlidir", - deyə o söyləyib. Topozyan İranın ali rəhbəri ayətulla Xamneyinin elan etdiyi bu sayaq tədbirlərə həmişə qatılacaqlarını da vurğulayıb. Ötən gün rejim lideri də İsrailə qarşı çıxış edib. O, ölkə prezidentinin müavini Rəhim Məşainin "İsrail və ABŞ xalqları ilə İran xalqı dostdur" fikrinə münasibət bildirərkən deyib: "Bir nəfər çıxıb İsraildə yaşayan əhali barədə fikir irəli sürüb və İran xalqının onlarla dostluğundan danışıb. Bu fikir tamamilə səhvdir. Dünyanın başqa xalqları ilə yanaşı, İsrail xalqı ilə də dost olduğumuzu söyləmək düzgün yanaşma deyil. Bu söz məntiqə ziddir. İsrail xalqı kimlərdən təşkil olunub? Onlar başqalarının evini, yurdunu, tarlasını qəsb edən, ticarətinə zərbə vuranlardır. Bunlar sionizmin əlaltıları və davamçılarıdır. Bizim yəhudilər, xristianlarla heç bir problemimiz yoxdur. Lakin Fələstin xalqının yurdunu işğal edənlərlə problemimiz mövcuddur. İşğalçı da məhz sionist rejimdir". ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar