SON XƏBƏRLƏR

Lukaşenko separatçıların xahişini rədd etdi

2021.10.20, 07:36
Lukaşenko separatçıların xahişini rədd etdi

Gunaz.tv
lukasenko.jpg Gürcüstanın separatçı əraziləri - Abxaziya və Cənubi Osetiyanın başçıları Belarus prezidenti Aleksandr Lukaşenkoya müraciət ediblər. APA-nın “Interfaks”a istinadən verdiyi məlumata görə, abxaz separatçılarının lideri Sergey Baqapş və Cənubi Osetiya separatçılarının lideri Eduard Kokoytı Aleksandr Lukaşenkodan onları tanımasını xahiş etsələr də, istəklərinə nail ola bilməyiblər. Belə ki, A.Lukaşenko onların xahişini nəzakətlə rədd edib. Belarus prezidentinin mətbuat xidmətindən məsələ ilə bağlı aşağıdakı açıqlama verilib: “Abxaziya və Cənubi Osetiya rəhbərlərinə Belarus tərəfinin mövqeyi ifadə edilmiş cavab göndərilib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar