SON XƏBƏRLƏR

Elmar Məmmədyarov bu gün BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək

2021.10.20, 07:36
Elmar Məmmədyarov bu gün BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək

Gunaz.tv
Elmar Məmmədyarov bu gün BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək elmar_memmedyarov1.jpg Elmar Məmmədyarov bu gün BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri məlumat verib Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda öz işini davam etdirən BMT Baş Assambleyasının 63-cü sessiyasında çıxış edəcək. Bu barədə ANS-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim məlumat verib. Buna qədər isə BMT-nin sessiyası çərçivəsində, Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib, GUAM-Amerika formatında, eləcə də GUAM xarici işlər nazirlərinin iclasında iştirak edib. Bu axşam isə Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü baş tutub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Türkiyənin irəli sürdüyü Qafqaz sabitlik və əməkdaşlıq platforması ətrafında danışıqlar aparılıb. Müzakirələrin sonunda, hər üç ölkənin xarici siyasət idarələrinin rəhbərləri bundan sonra da üçtərəfli formatda görüşləri davam etdirmək barədə qərar qəbul ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar