SON XƏBƏRLƏR

İRANLI GİROVLAR AZADLIĞA BURAXILIB

2021.10.20, 07:36
İRANLI GİROVLAR AZADLIĞA BURAXILIB

Gunaz.tv
İRANLI GİROVLAR AZADLIĞA BURAXILIB 40 gün əvvəl Əfqanıstanın qərbində yerləşən Herat vilayətində naməlum silahlı şəxslərin girov götürdüyü iki İran vətəndaşı pul müqabilində azadlığa buraxılıb. «Media forum» saytının məlumatına görə, Herat Şəhər Xarici Əlaqələr İdarəsinin rəisi Hümayun Kamqar jurnalistlərə açıqlamasında deyib ki, oğurlanan iranlılar İranın «115» adlı yol inşası şirkətində işləyirmiş. Əfqan rəsmisi girovların adlarını açıqlamayıb. İranlı girovların sentyabrın 24-də pul müqabilində azadlığa buraxıldığını deyən H.Kamqar ödənilən pulun məbləği barədə də hər hansı məlumat verməyib. «115» şirkəti Əfqanıstanda yol çəkilişlərində iştirak edir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar