SON XƏBƏRLƏR

Ermənilər Azərbaycanla münasibətlər haqda nə düşünür?

2021.10.20, 07:36
Ermənilər Azərbaycanla münasibətlər haqda nə düşünür?

Gunaz.tv
interview.jpg Bu günlərdə Ermənistanda olmuş Moskva müxbirimiz Eldar İsmayılzadə Yerevan küçələrində adi insanlarla danışıb, onların Azərbaycanla əlaqələrə necə yanaşmaları, Qarabağ münaqişəsinin həllinə münasibətləriylə maraqlanıb. Hazırda onun Yerevan sakinləriylə söhbətindən parçaları sizə təqdim edirik. Biz qonşu olmuşuq və Qarabağ münaqişəsini də qonşu kimi, sülh yoluyla həll etmək lazımdır. Qarabağ artıq 17 ildir ki, müstəqil respublikadır, onu Ermənistanla birləşdirmək lazımdır, o bizim torpaqdır. Əvvələr kommunistlər hakimiyyətdə idi və onlar götürüb torpaqları bölüşdürüblər, açığı düzgün bölüşdürməyiblər, Adi camaat, qənclər Qarabağ haqda heç qulaq asmaq istəmir, hamı bilir ki, bu erməni torpağıdır. Bizim siyasi rəhbərlik məsələni ancaq oyuşdurmaqla məşquldur. Çox pis oldu ki, müharibə qızışdı, nə bizə bu yaxşılıq gətirdi, nə də azərbaycanlılara, adi insanlar müharibəni istəmirlər. Götürün Abxazlarla osetinləri, istəmirlər də gürcülərlə birlikdə yaşamağı, Qarabağda da eyni vəziyyətdir, ermənilər azərbaycanlılarla birlikdə yaşamaq istəmirlər. Onları məcbur etməyəcəksiniz ki. Biz dost kimi yaşamaq istəyirik, amma qoy bizim torpaqlarımı qaytarsınlar, türklər də heç olmasa Ağrı dağını qaytarsalar pis olmaz. Artıq bir şey lazım deyil. Mən qonşumuz Azərbaycanla çox yaxşı münasibətlərin tərəfdarıyam. Durub Qarabağ uğrunda dava edirik. Əvvələr azərbaycanlılar burda yaşayanda belə bahaçılıq yox idi, biz birimizlə çox yaxşı münasibətlərdəydik. Bu Qarabağ münaqişəsinə görə mənim qonşularım əlil olublar, ilk əvvəl biraz kömək alırdılar, indi isə heçnə almırlar. Onlar deyirlər ki, müharibə olsa qətiyyən Qarabağa gedən deyilik, onların 18-20 yaşında uşaqları da eyni şeyləri deyirlər. Mənim atam əlildir, mənim başıma hava gəlib ki, mən gedim ora, sizi əmin edirəm adi insanlar arasında düşmənçilik yoxdur.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar