SON XƏBƏRLƏR

Ergenekon təşkilatı ilə bağlı aparılan istintaq nəticəsində yeni həbslər olub

2021.10.20, 07:36
Ergenekon təşkilatı ilə bağlı aparılan istintaq nəticəsində yeni həbslər olub

Gunaz.tv
Türkiyədə Ergenekon təşkilatı ilə bağlı davam edən istintaq nəticəsində daha 6 nəfər haqqında həbs qətimkan tədbiri seçilib. Bu barədə Türkiyənin “Cihan” xəbər agentliyi məlumat verib. Keçmiş polis rəisi Adil Sərdar Saçan, jurnalist Tuncay Özkan, Əsənyurd rayonunun bələdiyyə başçısı Gürbüz Çapan, təqaüddə olan hərbi prokuror Tanju Güvəndirən, “Aydınlıq” jurnalının yazıçısı Emcet Olcaytu və Hüseyn Nazlıkul bu gecə sabaha qədər davam edən məhkəmənin qərarı ilə həbs ediliblər. Onlar Ergenekon terror təşkilatının üzvləri kimi fəaliyyət göstərməkdə ittiham olunurlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar