SON XƏBƏRLƏR

Türkiyənin hava məkanı Ermənistan üçün tam açıldı

2021.10.20, 07:36
Türkiyənin hava məkanı Ermənistan üçün tam açıldı

Gunaz.tv
Bundan sonra Türkiyənin hava məkanı Ermənistanın bütün mülki təyyarələrinin üzünə açıq olacaq. Ankaranın bu qərarı barədə "CNN-Türk" telekanalı xəbər verib. Xatırladaq ki, Rusiyanın Gürcüstana təcaüzündən sonra regionda Tiflisdən sonra ən çox ziyan çəkən İrəvan olmuşdu. Dövlət büdcəsi 3 milyard dollar olan Ermənistan iqtisadiyyatı son iki ayda 500 milyon zərər görmüşdü. Gürcüstanın hava sahəsini qapatması isə İrəvanın faktiki olaraq dünya ilə hava əlaqələrini kəsmişdi. Belə bir vəziyyətdə araya girən Ankara Ermənistanın bütün uçuşlarını Türkiyənin üzərindən gerçəkləşdirməsinə razılıq vermişdi. Bundan sonra Türkiyə prezidenti Abdulla Gül İrəvana səfər edərək iki ölkənin münasibətlərində yeni dönəmin əsasını qoymuşdu. Artıq rus-gürcü müharibəsi dayansa da və Gürcüstan hava məkanını açsa da, Ankara savaş vaxtında verdiyi razılığı dəyişdirməməyi qərara alıb. Qeyd edək ki, Türkiyə səması əvvəllər də Ermənistanın üzünə tam qapalı deyildi: qarşılıqlı uçuşlar olur, başqa ölkələrdən Türkiyə üzərindən İrəvana uçuşlara vaxtaşırı icazə verilirdi. Ancaq bütün uçuşlar zamanı Ankaradan siyasi razılıq istənilir, bəzən türklərdən izn almaq uzanırdı. Bir sözlə, Ermənistan təyyarələri Türkiyənin hava məkanından rahatlıqla istifadə edə bilmirdi. Artıq ermənilərin belə bir problemi yoxdur. "Artıq digər ölkələrə necə siyasət uyğulanırsa, Ermənistana da eyni siyasət uyğulanır",-deyə xəbər verən "CNN-Türk" əlavə edib:"Yetkililərə görə, havada problem aşıldı, sıra qurudadır; yəni sərhədlərin açılmasında". Telekanal xəbər verir ki, türkiyəli məmurlar Türkiyə-Ermənistan sərhədlərinin açılmasının hava əlaqəsi qədər asan olmayacağını bildirirlər: Bunun üçün Dağlıq Qarabağ probleminin həlli əsas şərtdir. Azad Xəlil express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar