SON XƏBƏRLƏR

Dəməşqdə terror aktı, 17 ölü

2021.10.20, 07:36
Dəməşqdə terror aktı, 17 ölü

Gunaz.tv
Dəməşqdə terror aktı, 17 ölü demeshq-terrol.jpg İçinə 200 kiloqram partlayıcı yerləşdirilən avtomobil partladıldı Suriyanın paytaxtı Dəməşqdə iri terror aksiyası həyata keçirilib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hava yoluna gedən yolda həyata keçirilən partlayış nəticəsində ən azı 17 nəfər ölüb, 15-ə yaxın adam isə yaralanıb. Terror aktı Təhlükəsizlik Qüvvələrinin kazarmasının yerləşdiyi Sidi-Mikdad rayonunda baş verib. İlkin məlumata görə, içinə 200 kiloqram partlayıcı maddə yerləşdirilən avtomobil partladılıb. Olay yeri polis və xüsusi xidmət orqanları tərəfindən mühasirəyə alınıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar