SON XƏBƏRLƏR

ELNUR MƏMMƏDLİ AVROPANIN REYTİNQ CƏDVƏLİNDƏ BİRİNCİ YERDƏDİR

2021.10.20, 07:36
ELNUR MƏMMƏDLİ AVROPANIN REYTİNQ CƏDVƏLİNDƏ BİRİNCİ YERDƏDİR

Gunaz.tv
ELNUR MƏMMƏDLİ AVROPANIN REYTİNQ CƏDVƏLİNDƏ BİRİNCİ YERDƏDİR elnur_memmedli.jpg Avropa Cüdo İttifaqı (EJU) yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan cüdoçuları arasında ən yüksək göstərici Elnur Məmmədliyə məxsusdur. XXIX Pekin Yay Olimpiya Oyunlarında qızıl medala sahib çıxmış 20 yaşlı idmançı reytinq cədvəlinin zirvəsində qərarlaşıb. Maraqlıdır ki, qanında istifadəsi qadağan olunmuş dərman preparatı tapıldığından son 15 ayda heç bir beynəlxalq yarışa qatılmayan Nicat Şıxəlizadə siyahıda ilk “20-liy”i tərk etməyib. Dördillik cəzaya məruz qalmış Nicatın hesabında 77 xal var. Bundan fərqli, ölkəmizin ən titullu cüdoçusu, dördqat Avropa çempionu Elçin İsmayılov xeyli geriləyib. 81 kq çəki dərəcəsində rəqabət aparan idmançılarından Mehman Əzizov üstündür. O, əsas rəqibi Elxan Rəcəblini bir xal, eyni zamanda bir pillə qabaqlayır. Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev 6-cı sırada yer alıb. Hazırda Azərbaycanın ən güclü qadın cüdoçusu isə Kifayət Qasımovadır. Qeyd edək ki, reytinq cədvəli son il yarımda cüdoçuların beynəlxalq turnirlərdə göstərdikləri nəticələrə əsasən hesablanır. Hər bir idmançının müxtəlif yarışlarda qazandığı 4 ən yaxşı xal toplanır və yekun nəticə müəyyənləşdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar