SON XƏBƏRLƏR

AŞ PA MİSSİYASI: CƏNUBİ OSETİYADA SOYQIRIM BAŞ VERMƏYİB

2021.10.20, 07:36
AŞ PA MİSSİYASI: CƏNUBİ OSETİYADA SOYQIRIM BAŞ VERMƏYİB

Gunaz.tv
aspa.jpg “2008-ci ilin avqust ayının əvvəlində - Gürcüstan Sxinvaliyə qoşun yeridərkən Cənubi Osetiyada soyqırım baş verməyib”. Bunu Sxinvalidən qayıdan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyətinin rəhbəri Luk van den Brande Tiflisdə keçirdiyi mətbuat konfransında bəyan edib. “Soyqırımdan danışarkən ehtiyatlı olmaq lazımdır. Biz Sxinvaldə baş verənləri soyqırım adlandıra bilmərik”, deyə o bildirib. Luk van den Brande münaqişənin 7 avqustdan daha əvvəl başladığını və tərəflərdən heç birinin toqquşmadan qaçmağa cəhd göstərmədiyini vurğulayıb. O, soyqırım deyil, etnik təmizləmə terminini işlətməyin daha çox yerinə düşdüyünü, amma bunun osetin xalqın aidiyyəti olmadığını söyləyib: “Biz gürcü, osetin və hər iki xalqın nümayəndələrinin yaşadığı kəndlərdə olduq. Orada gördüklərimiz əsasında etnik təmizləmənin və əsas insan hüquqlarının pozulduğunu deyə bilərik”. Missiya başçısı Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini təkrarlayaraq Gürcüstanda baş verənlərin beynəlxalq səviyyədə araşdırılması çağırışı ilə çıxış edib. Qeyd edək ki, AŞ PA-nın 9 nəfərdən ibarət nümayəndə heyəti 22-25 sentyabr tarixlərində Rusiya və Gürcüstanda, eləcə də Sxinvali şəhərində olaraq münaqişə ilə bağlı faktlar toplayıb. Onlar AŞ PA-nın payız sessiyasında bu mövzuda məruzə ilə çıxış edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar