SON XƏBƏRLƏR

Rusiya hərbi qüdrətini artırır

2021.10.20, 07:36
Rusiya hərbi qüdrətini artırır

Gunaz.tv
Rusiya hərbi qüdrətini artırır medvedyevi2.jpg Rusiya hərbi qüdrətini artırmağı qarşısına məqsəd qoyub. Cənubi Ural regionunda yerləşən Orenburqda keçirilən hərbi təlimlərdə iştirak edən prezident Dmitri Medvedev 2020-ci ilə qədər Rusiyanın nüvə müdafiə sisteminin müasirləşdiriləcəyini və bu sistemin daha yüksək səviyyəyə gətiriləcəyini bəyan edib. O, yeni sistemə hava müdafiəsi və təzə nüvə sualtı gəmilərinin daxil olacağını bildirib. Rusiya prezidenti belə bir addımın müxtəlif hərbi, siyasi məsələlərdən qaynaqlandığını söyləyib. Bütün hərbi sahələrdə inkişafın əldə olunmasının vacibliyni vurğulayan Dmitiri Medvedev Rusiya hərbi rəhbərliyinə dəyişiklər barədə fəaliyyət planın bu ilin dekabrında ona təqdim olunması üçün təlimat verib. ---------------------------------------------------------------------- Rusiya Venesuela ilə əməkdaşlıq edəcək uqo-ccaves.jpg Rusiya prezidenti Dmitri Medvedevlə Venesuela lideri Uqo Çaves arasında aparılan danışıqlardan sonra birgə memorandum imzalanıb. Energetika sahəsində əməkdaşlığı əhatə edən sənəd «Qazprom» və «Petroleos Venesuela» şirkətlərinin birgə fəaliyyətini əks etdirir. Bundan başqa noyabrda Venesuela sahillərində hərbi dəniz təllmlərinin keçrilməsi barədə də razılıq əldə olunub. Rusiya səfəri başa çatdıqdan sonra Uqo Çaves Avropaya gedib. Fransada o həmkarı Nikola Sarkoziylə görüşüb. Onlar beynəlxalq maliyyə böhranı müzakirə ediblər. Uqo Çaves deyib ki, maliyyə böhranı özünü super dövlət adlandıran kaptalist ölkələri prezidentlərinin məhsuliyyətsizliyi üzündən yaranıb. Nikola Sarkozi isə böhranın həlli üçün bütün dünya liderlərinin iştirakı ilə sammitinin keçirilməsini təklif edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar