SON XƏBƏRLƏR

AZƏRBAYCAN RƏSMİLƏRİ FƏTULLAH GÜLƏNİN TƏDBİRİNİ BOYKOT ETDİ_Nurçu təriqətinin liderinin Nyu Yorkdakı ziyafətinə Abdullah Gül təşrif buyurub

2021.10.20, 07:36
AZƏRBAYCAN RƏSMİLƏRİ FƏTULLAH GÜLƏNİN TƏDBİRİNİ BOYKOT ETDİ_Nurçu təriqətinin liderinin Nyu Yorkdakı ziyafətinə Abdullah Gül təşrif buyurub

Gunaz.tv
AZƏRBAYCAN RƏSMİLƏRİ FƏTULLAH GÜLƏNİN TƏDBİRİNİ BOYKOT ETDİ Nurçu təriqətinin liderinin Nyu Yorkdakı ziyafətinə Abdullah Gül təşrif buyurub 2588.jpg BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu Yorkda səfərdə olan Türkiyə prezidenti Abdullah Gül nurçu təriqətinin lideri Fətullah Gülənə bağlı dərnəyin təşkil etdiyi ziyafətə qatılıb. Lakin Gülən təriqətinə bağlı Türk Mədəniyyət Mərkəzi ziyafətə Azərbaycanın BMT Baş Assambleyasında iştirak edən nümayəndə heyətinin üzvlərini dəvət etsə də, onlardan heç biri tədbirdə iştirak etməyib. Məlumatı Türkiyənin NTV telekanlı yayıb. Bildirilir ki, ziyafətə Amerikanın keçmiş birinci ledisi, Nyu York ştatından senator Hillari Klinton da dəvət edilib, lakin Klinton mərasimə videotəbrik göndərməklə kifayətlənib. Abdullah Gül mərasimdə etdiyi çıxış zamanı mədəniyyətlərarası dialoqdan, başqalarının mədəniyyətlərinə, dininə və ənənələrinə hörmət etməkdən danışıb. Məlumata görə, nurçuların dərnəyinin tədbirinə BMT-dən də heç kim qatılmayıb. Ziyafətə Abdullah Güldən başqa Zimbabve prezidenti Robert Muqabe və Tacikistan prezidenti İmaməli Rəhmanovun da qatıldığı bildirilir. Məlumata görə, AKP iqtidara gələndən bu yana Türk Mədəniyyət Mərkəzi Türkiyənin Mədəniyyət Nazirliyindən böyük miqdarda pullar alır. İndiyədək heç bir Türkiyə prezidenti ABŞ-a səfərləri zamanı bu dərnəyin tədbirlərinə qatılmayıb. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar