SON XƏBƏRLƏR

Putin "nüvə dəyənəyinə" işarə vurur

2021.10.20, 07:36
Putin "nüvə dəyənəyinə" işarə vurur

Gunaz.tv
Putin "nüvə dəyənəyinə" işarə vurur putinmedved.jpg "İndi Kremlə qarşı daha ağır sanksiyaların tətbiqi məsələsi müzakirə olunur" Rusiya Cənubi Osetiya ilə sərhədləri ləğv edir. Bu barədə bəyanat verən baş nazir Vladimir Putin ölkəsinin belə addım atmağa məcbur olduğunu söyləyib. Eks prezident bildirib ki, öncə Cənubi Osetiya iqtisadiyyatının bərpasına diqqət yetirmək lazımdır: "Biz Şimali və Cənubi Osetiyanın arasındakı sərhədi ləğv edirik və insanlara öz ölkələrini inkişaf etdirməyə şərait yaradırıq. Cənubi Osetiya ilə Rusiya arasında bağlanmış müqavilə Rusiyaya belə bir hüquqi əsas yaradır. Tural Hesab edirəm ki, bu münasibətləri dərinləşdirəcək bir neçə sənədin imzalanmasına da ehtiyac var". Mütəxəssislərin fikrincə, Şimali Osetiya ilə Gürcüstan ərazisi-Cənubi Osetiyanın birləşdirilərək rəsmi şəkildə Moskvanın nəzarətinə keçməsi Qərb üçün ən böyük zərbədir. Politoloq Qabil Hüseynli Rusiya baş nazirinin Cənubi Osetiya ilə sərhədləri ləğv etməsilə bağlı bəyanatını gülünc addım kimi qiymətləndirdi. Ekspert maraqlı məqamlardan birinin əsas siyasi addımları baş nazirin həyata keçirməsi olduğunu söylədi: "Faktiki olaraq Rusiya özünün silahlı təcavüzü nəticəsində ələ keçirdiyi və de-fakto yalançı müstəqilliyini əldə etdiyi əraziləri indi hüquqi cəhətdən özünə tabe etdirir. Moskva artıq bu torpaqlara özünün tərkib hissəsi kimi arxayın şəkildə baxmağa başlayıb. Gülünc doğuran məsələ isə budur ki, bütün bu bəyanatları Vladimir Putin səsləndirir və elə baş nazir də bu addımlara hüquqi-siyasi don geyindirməyə çalışılır. Bu, dünya ictimaiyyətinə meydan oxumaqdır. Avropa Şurası Parlament Assambleyası Cənubi Osetiya hadisələrini araşdırmaq üçün xüsusi komissiya yaradıb və BMT də belə bir komissiyanı yaratmaq ərəfəsindədir. Rusiyanın özü isə xeyli dərəcədə dünyadan təcrid olunub. Belə bir şəraitdə özünü dəlisov aparıb, "dünyanı müharibə həddinə gətirə bilərəm" məntiqilə çıxış edib beynəlxalq aləmi qorxutmağa çalışmaq, səmərəli və normal bir siyasi gediş deyil. Əksinə, dünyanı düşündürən və beynəlxalq aləmi daha radikal addımlar qəbul etməyə sövq edən bir hərəkətdir". Politoloqun fikrincə, dünyanı nüvə dəyənəyilə hədələməyin işarələri görünür: "Kreml rəsmiləri elə bilir ki, əvvəllər Sovet İttifaqı dünyanı nüvə müharibəsi ilə necə qorxudurdusa, indi də belə addımlarla dünyanı çəkindirə bilərlər. Amma bu çürük fəlsəfədir ki, belə siyasi gedişlər, ancaq Moskvada oturan rus siyasətçilərinin ağlına gələ bilər. Rusiyanın beynəlxalq təzyiqlərdən qorxmaması ilə bağlı söylənilənlər də düzgün fikirlər deyil". Ekspertin sözlərinə görə, bu ölkənin düşünən beyni, yəni hadisələri düzgün qiymətləndirən siyasi elitası belə avantürizmə qoşulmaq istəmir. Amma bu avantüranın başında Vladimir Putinin dayandığı və qətiyyət göstərdiyi üçün bu siyasi elita da hərdən bəzi sərt bəyanatlar verməklə kifayətlənirlər. Amma bu, Rusiyanın hələ mövqeyinin sərtləşdirilməsi demək deyil. Kreml beynəlxalq aləmlə münasibətlərini yumşaltmaq istiqamətində son günlər xeyli cəhdlər edir: "Hətta Kondaliza Raysla görüşündə də xarici işlər naziri Sergey Lavrov xeyli manevrlərə əl atdı. Yəni Vladimr Putinin qətiyyətli siyasət göstərməsi o demək deyil ki, rus xalqı hansısa siyasətçinin çaldığı mahnıya axıra kimi oynayacaq. Hələ dünya sərt üzünü göstərmədiyi halda Rusiya ağır vəziyyətə düşüb. Avropa ölkələri və ABŞ bundan sonra Moskvaya, onun sərt siyasət yürütməsində əsas ssenaristləri olan hazırkı iqtidara qarşı ciddi qərarlar verəcək". Onun sözlərinə görə, Qərb tədricən hərəkət edir. Neftin qiymətini aşağı salan da, dünya böhranını yaradan da ABŞ-dır. Burada isə Rusiya milyardlarla dollar itirir. Artıq şimal qonşumuzdan sərmayə axınları adi hala çevrilib, bu ölkənin bəzi vilayətlərində separatçılıq meylləri də baş qaldırıb ki, bunlar həyəcan təbili çalır. Şimal qonşumuz ilə Avropa Birliyinin uzunmüddətli əlaqələri haqda olan müqavilənin də dayandırılması kifayət qədər ciddi hadisədir: "İndi kuluarlarda Kremlə qarşı daha ağır sanksiyaların tətbiqi məsələsi də müzakirə olunur. Ona görə də Moskvaya heç nə olmayıbmış kimi hərək etdiyini deyənlər ciddi surətdə yanılırlar və Rusiya bu dəqiqə səksəkə içindədir. Bu ölkə etdiklərindən də çox ağrılar yaşamağa başlayıb. Bu ağrılar isə daha da artaraq Rusiyanı ölümə məhkum edə bilər". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar