SON XƏBƏRLƏR

İran prezidentinin BMT-nin Baş Assambleyasında çıxışı dünyada etirazla qarşılandı

2021.10.20, 07:36
İran prezidentinin BMT-nin Baş Assambleyasında çıxışı dünyada etirazla qarşılandı

Gunaz.tv
İran prezidentinin BMT-nin Baş Assambleyasında çıxışı dünyada etirazla qarşılandı İran Prezidenti Mahmud Əhmədinejad BMT-nin Baş Assambleyasında (özünün indiyə qədərki dördüncü) çıxışında “Amerikan İmperiyasının sona yaxınlaşdığını” bildirmiş və İsrailin əleyhinə kəskin və təhqiramiz, o cümlədən “adam öldürən” və “firildaqçı siyonizm” ifadələri işlədib. O öz çıxışının bir çox qismini ABŞ və İsraili tənqid etməyə sərf edib. İSNA Xəbər Agentliyinin verdiyi məlumata əsasən Əhmədinejad Amerikanın regionda apardığı siyasəti tənqid edərək bildirib ki, “nə zamana qədər ki, təcavüzkar öz maddi, siyasi və təbliğat imkanlarından istifadə edərək özünü haqlı tərəf kimi tanıdacaq, həm cəzalandırılmayacaq, həm də daim tələbkar şəkildə qarşı tərəfləri borclu çıxaracaq və nə vaxta qədər ki seçkidə səs qazanmaq üçün müharibələr edəcək, millətləri əsir və qul edəcək, o vaxta qədər beynalxalq ictimaiyyətin problemləri həll olunmaycaq və günü-gündən də artacaq”. İran prezidenti həmçinin bildirib ki, Amerika və Avropa xalqları “sayca çox az olan siyon adlı fırıldaqçıların əllərində oyuncağa çevriliblər. Onlar sayca az olsa da hilə, şübhəli təşkilatlar və geniş təbliğatlarla dünyanın bir çox maliyə mərkəzləri və qərar verici orqanlarına təsir edir.” Əhmədnejad iddia edib ki, “ABŞ prezidentliyinə namizədlər əvvəlcə onlarla görüşür, xalqın etimadını qazanmadan onların etimadını qazanmağa çalışırlar və onların mənafeyini qorumağa görə and içirlər”. O çıxışında Fələstində 60 ildir ki, qətliam baş verdiyini də qeyd edib. O, BMT-nin Təhlükəsizlik Şurasını da tənqid edərək bu qurumun az sayıda güclü qüvvənin təsiri altında olduğunu və haqdan yana olmadığını iddia etmişdir. Əhmədinejadın Nyoyorka səfəri və BMT-nin Baş Asambleyasında çıxışı dünyada birmənalı qarşılanmayıb. Elə İran prezidentinin çıxışından dərhal sonra Nyoyorkda Yəhudilərin geniş etiraz mitinqi keçirilib. Mitinqdə Holokost hadisələrinin canlı şahidi və Nobel Sülh Mükafatçısı Eli Vizel də iştirak edib. O bildirib ki, Əhmədinejad BMT tərəfindən həbs olunmalıdır. Eli Villez onu “sülh üçün böyük təhlükə” adlandıraraq onun “BMT-də çıxış etmək əvəzinə həbs olmalı olduğunu” iddia edib. Bu mitinqdə İran müxalifləri də iştirak edib. Əhmədinejadın çıxışı zamanı ABŞ-ın heç bir nümayəndəsi zalda oturmayıb. Buna baxmayaraq Əhmədinejad ABŞ Prezidenti Corc Buşun çıxışı zamanı salonu tərk etməyib, amma özünü elə göstərib ki, sanki o Buşun çıxışını ciddi qəbul etmir və dinləmirr. Öz növbəsində Buş İran və Suriyani terroru dəstəkləməkdə ittiham edib. Dünya mətbuatının verdiyi məlumata əsasən digər dövlət başçıları və rəsmiləri İran prezidentinin Baş Assambleyadakı çıxışına tənqidlə yanaşıblar. İsrailin Prezidenti Şimon Perez bildirib ki, “BMT-nin tarixində ilk dəfədir ki, bir ölkə başçısı açıq şəkildə digər olkəyə qarşı belə təhqiramiz ifadələr işlədib”. Onun sözlərinə görə indiyə qədər bu binada belə sözlər işlədilməmişdi. O, İran prezidentini İsrail əleyhinə nifrət yaradmaqda ittiham edərək bildirib ki, “İran terorizmin mərkəzidir və İran prezidenti dünyanı qaranlıq, nifrət və qurur dövrönə sövq etməyə çalışır”. ABŞ Prezidentliyə Demokrat namizəd Barak Obama da İran prezidentini sərd tənqid edərək bildirib ki, “mən onun (Əhmədinejadın) dediklərini kəsinliklə pisləyirəm və təəssüf edirəm ki, BMT-nin tribunası Yəhudilərə qarşı nifrət dolu bəyanatla çıxış edən belə bir adamın ixtiyarında qoyulub”. Fransa Prezidenti Nikolay Sarkozi də BMT-də çıxış edərkən İran przidentinin İsrailin əleyhinə dediklərini pisləyərək bildirib ki, AB heç zaman İsrailin məhv olma çağrışlarına dözə bılməz. Göründüyü kimi, İran Prezidenti BMT tribunasından həm xüsusi diqqət çəkmək, həm də ölkəsinin maraqlarını qorumaq naminə istifadə etməyə çalışdı. Amma, onun çıxışındakı radikallıq İranın blokadadan çıxması hədəfinə yenə zərbə vurdu.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar