SON XƏBƏRLƏR

İRANIN KÜTLƏVİ QIRĞIN SİLAHI QULDURLARIN ƏLİNƏ KEÇDİ . Somali piratlarının ələ keçirdiyi İran gəmisində kimyəvi silah var

2021.10.20, 07:36
İRANIN KÜTLƏVİ QIRĞIN SİLAHI QULDURLARIN ƏLİNƏ KEÇDİ . Somali piratlarının ələ keçirdiyi İran gəmisində kimyəvi silah var

Gunaz.tv
İRANIN KÜTLƏVİ QIRĞIN SİLAHI QULDURLARIN ƏLİNƏ KEÇDİ Somali piratlarının ələ keçirdiyi İran gəmisində kimyəvi silah var 3291.jpg Bir neçə gün əvvəl Somali sahillərində dəniz quldurları tərəfindən ələ keçirilən İran yük gəmisində kimyəvi silah var. Bu xəbəri “The Long War Cournal” saytı gəminin azad edilməsi üçün danışıq aparan şəxslərə istinadən yayıb. Bildirilir ki, “İran Deyanat” adlı yük gəmisi sentyabrın 21-də ekipajı ilə birlikdə ələ keçirilib. Gəminin azad edilməsi üçün Somali hakimiyyətinin nümayəndələri quldurlarla danışıqlar aparır. Bu danışıqlar zamanı gəmidə çoxlu miqdarda atıcı və kimyəvi silah olduğu üzə çıxıb. Lakin gəminin sahibi bu xəbərləri qəti şəkildə təkzib edir. Rəsmi sənədlərə görə, İran gəmisi dəmir filizi və hansısa sənaye avadanlığı daşıyır. Lakin sözügedən saytın xəbərinə görə, İran gəmisinin yükünə baxmaq istəyən bir neçə dəniz qulduru ani ölümlə üzləşib. Gəmidə kifayət qədər çox iranlının olması da şübhələri artırır. Belə ki, yük gəmisində 29 dənizçi var, onların 14-ü iranlı, 10-u Şərqi Avropa ölkələrinin vətəndaşları, qalanları isə filippinli və hindlidir. Bildirilir ki, gəmi hazırda Somali sahillərindəki istifadəsiz balıqçı bazasına aparılıb. Somali piratları ələ keçirdikləri gəmiləri adətən orada saxlayır. İran gəmisini qurudan və dənizdən 100-dən çox yaxşı silahlanmış dəniz qulduru qoruyur. İran rəsmi mənbələri gəmidə kimyəvi silahın olduğu haqda xəbərlərə şərh vermir. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar