SON XƏBƏRLƏR

Türkiyə Silahlı Qüvələri PKK-nın 5 üzvünü zərərsizləşdirib

2021.10.20, 07:36
Türkiyə Silahlı Qüvələri PKK-nın 5 üzvünü zərərsizləşdirib

Gunaz.tv
Türkiyə Silahlı Qüvələri PKK-nın 5 üzvünü zərərsizləşdirib Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının beş terrorçusunu zərərsizləşdirib. Bu haqda Türkiyənin Dünyabülteni agentliyi məlumat verib. Türkiyənin cənub-şərqindəki Siirt vilayətində Türkiyə Silahlı Qüvvələri ilə PKK terror təşkilatı arasında baş vermiş toqquşmada beş terrorçu öldürülüb. Son məlumata görə, PKK bu regionda Türkiyə Silahlı Qüvvələrinin mühasirəsindədir və vertolyotların dəstəyi ilə antiterror əməliyyatları davam etdirilir. trend ---------------------------------------------------------------------- «Nabukko» qaz kəməri həyata keçiriləcək - Türkiyə prezidenti _abdulla_gul_061107.jpg Türkiyə prezidenti Abdullah Gül qazın Mərkəzi Asiyadan Avropaya nəqlini nəzərdə tutan «Nabukko» qaz kəmərinin tikintisinin real olduğunu bildirib. Bu barədə Türkiyənin «Haber 7» agentliyi xəbər verir. Nyu-Yorkda BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak edən Türkiyə prezidenti ölkəsinin xarici siyasıəti ilə bağlı suallara cavab verərək bildirib ki, «Nabukko» qaz kəməri həyata keçiriləcək. «Bəzi dövlətlər Bakı – Tbilisi - Ceyhan neft kəməri layihəsinin həyata keçiriləcəyinə inanmırdı. Lakin boru kəməri artıq neçə ildir ki, fəaliyyət göstərir», - deyə Gül bildirib. «Nabukko»nun layihə gücü ildə 26 - 32 mlrd. kubmetr qaz təşkil edir. Kəmərin tikintisinin 2013-cü ilədək başa çatdırılması planlaşdırılır. Qaz kəmərinin tikintisi üzrə konsorsiumda bu şirkətlər iştirak edir: OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə ), Bulgargaz (Bolqarıstan) , S.N.T.G.N. Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar