SON XƏBƏRLƏR

MAHMUD ƏHMƏDİNEJADIN NYU-YORKDA VERDİYİ İFTAR QONAQLIĞINDA XRİSTİANLAR, YƏHUDİLƏR DƏ OLUB

2021.10.20, 07:36
MAHMUD ƏHMƏDİNEJADIN NYU-YORKDA VERDİYİ İFTAR QONAQLIĞINDA XRİSTİANLAR, YƏHUDİLƏR DƏ OLUB

Gunaz.tv
MAHMUD ƏHMƏDİNEJADIN NYU-YORKDA VERDİYİ İFTAR QONAQLIĞINDA XRİSTİANLAR, YƏHUDİLƏR DƏ OLUB ahmedinejad.jpg İran prezidenti Mahmud Əhmədinejadın Nyu-Yorka 5 günlük səfərinin sonuncu günü - sentyabrın 25-də onun qaldığı otelinin qarşısında etiraz aksiyaları keçirilib. «Media forum» saytının məlumatına görə, aksiyaçılar Əhmədinejada qarşı şüarlar səsləndirərək İranın nüvə proqramının dayandırılmasını və prezidentin antisemitizm təbliğatına son qoyulmasını tələb ediblər. Səfərini başa vuran İran prezidenti Nyu-Yorkda müxtəlif dinlərdən olan şəxsiyyətlərə, o cümlədən xristian və yəhudilərə iftar ziyafəti verib. İftar süfrəsində çıxış edən Əhmədinejad İsrail və sionizm məsələsinə toxunaraq onun yəhudilərlə yox, sionist rejimlə müxalif olduğunu vurğulayıb. İran prezidenti yəhudilərə qarşı münasibəti barədə verilən digər sualı belə cavablandırıb: «Məsələ yəhudilər məsələsi deyil. Problem sionizm məsələsidir. Sionizm yəhudilik yox, siyasi bir partiyadır». Prezident jurnalistlərdən birinin İranın iqtisadi pproblemləri barədə sualından hiddətlənib. Əhmədinejad ABŞ-dakı iqtisadi problemlərə toxunub və bu ölkənin dünyadakı siyasətini pisləməyə başlayıb. İftarda iştirak edən xristian qonaqlardan biri üzünü Əhmədinejada tutaraq onun Xolokost haqqındakı bəyanatlarının ciddi narahatlıqlara səbəb olduğunu bildirib və bir daha bu tonda danışmamağı xahiş edib. Digər bir xristan qonaq isə jurnalistlərə açıqlamasında belə deyib: «Kaş Əhmədinejad mücərrəd dini məsələlər barədə danışmaqdansa İranda qadın və uşaq hüququndan danışaydı». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar