SON XƏBƏRLƏR

RUSİYA VENESUELAYA BİR MİLYARD DOLLARLIQ KREDİT XƏTTİ AÇACAQ

2021.10.20, 07:36
RUSİYA VENESUELAYA BİR MİLYARD DOLLARLIQ KREDİT XƏTTİ AÇACAQ

Gunaz.tv
RUSİYA VENESUELAYA BİR MİLYARD DOLLARLIQ KREDİT XƏTTİ AÇACAQ uqo_caves.jpg Rusiya Venesuelaya bir milyard dollarlıq kredit xətti açacaq. Məqsəd ikitərəfli hərbi əməkdaşlıq proqramını yerinə yetirməkdir. İtar-Tass agentliyi məlumat verir ki, bu sözləri Kremlin yüksək rütbəli rəsmisi bildirib. Sabah Orenburqda Rusiya Prezidenti Dmitri Medvedyev və onun venesuelalı həmkarı Üqo Çavez arasında görüş olacaq. “Rusiya və Venesuela arasında hərbi-texniki əməkdaşlıq hökumətlərarası müqavilə və beynəlxalq öhdəliklər əsasında həyata keçirilir” - bu sözləri Kreml rəsmisi deyib. Rusiya Venesuela ilə hərbi əməkdaşlıq proqramı çərçivəsində bu ölkəyə ya bir milyard dollar kredit vermək qərarına gəlib. Rus rəsmisi deyib ki, 2005-2007-ci illərdə Venesuelanı Rusiya silahları ilə təmin etmək üçün 12 müqavilə imzalanıb. Onun sözlərinə görə silahların dəyəri 4.5 milyard dollara yaxındır.versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar