SON XƏBƏRLƏR

ABŞ senatorları ölkənin Türkiyədəki gələcək səfirindən qondarma erməni soyqırımını tanımağı tələb edib

2021.10.20, 07:36
ABŞ senatorları ölkənin Türkiyədəki gələcək səfirindən qondarma erməni soyqırımını tanımağı tələb edib

Gunaz.tv
ABŞ senatorları ölkənin Türkiyədəki gələcək səfirindən qondarma erməni soyqırımını tanımağı tələb edib robert_menendez_01.jpg ABŞ senatoları Robert Menendez və Con Kerri ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma erməni soyqırımını tanımağı tələb edib. Bu barədə "Novosti-Armeniya" agentliyi məlumat yayıb. Bu senatorlar ABŞ konqresinin xarici məsələlər üzrə senat komissiyasının üzvləridir və veto hüququna malikdirlər. ABŞ konstitusiyasına görə, prezidentin ABŞ-ın istənilən ölkəsində səfirliyinə namizəd kimi irəli sürdüyü şəxs komissiyadan keçməli, daha sonra isə Senatda təsdiqlənməlidir. Xatırladaq ki, R. Menendez veto hüququnu Riçard Hoqlandın ABŞ-ın Ermənistandakı səfirliyinə namizədliyinin əleyhinə istifadə etmişdi. Buna səbə isə R.Hoqlandın “erməni soyqırımı”nı qəbul etməməsi idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar