SON XƏBƏRLƏR

VAŞİNQTONDA AZƏRBAYCAN DİASPORUNUN İNKİŞAFI İLƏ BAĞLI KONFRANS KEÇİRİLƏCƏK

2021.10.20, 07:36
VAŞİNQTONDA AZƏRBAYCAN DİASPORUNUN İNKİŞAFI İLƏ BAĞLI KONFRANS KEÇİRİLƏCƏK

Gunaz.tv
VAŞİNQTONDA AZƏRBAYCAN DİASPORUNUN İNKİŞAFI İLƏ BAĞLI KONFRANS KEÇİRİLƏCƏK Oktyabrın 1-2-də Vaşinqtonda «Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporun rolu» mövzusunda ikigünlük konfrans keçiriləcək. Tədbirin təşkilatçısı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və ABŞ-da fəaliyyət göstərən «US Azeris Network» (USAN) şəbəkəsidir. Konfransda Amerikadakı Azərbaycan diasporunun keçdiyi yol və gələcək perspektivləri, Amerika azərbaycanlılarının bu günü, bu ölkədə yaşayan azərbaycanlılarının ABŞ cəmiyyətinə inteqrasiyası və ictimai münasibətlərin inkişafında rolu, Konqres, hökümətlərarası və ictimaiyyətlə əlaqələr istiqamətində Azərbaycan diasporu üçün tövsiyələr müzakirə olunacaq. Tədbirin digər hissəsi isə əsasən enerji təhlükəsizliyi məsələlərinə həsr ediləcək. Bu bölümdə Azərbaycan və ABŞ arasında strateji müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi, enerji təhlükəsizliyi, Azərbaycanın enerji ehtiyatlarının ikitərəfli və çoxtərəfli münasibətlərdə rolu və s. barədə danışılacaq. Eyni zamanda USAN şəbəkəsinin fəal nümayəndələrinə diaspor quruculuğunda göstərdikləri xidmətlərə görə «US Azeris Network»un mükafatları təqdim olunacaq. Konfransda Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev, millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə, Azərbaycanın Los Ancelesdəki baş konsulu Elin Süleymanov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər, Amerika Dövlət Departamenti və Dünya Bankının təmsilçisi, Amerika dövlət katibinin müavininin köməkçisi, ABŞ-ın Xəzər və Qara dəniz regionlarının enerji siyasəti üzrə nümayəndəsi Metyu Brayza, ABŞ Konqresinin üzvü, Azərbaycan Dostluq Qrupunun həmsədri Solomon Ortiz, USAN-ın icraçı direktoru Adil Bağırov, «Heritage» Fondunun nümayəndəsi Ariel Kohen, «Jamestown» Fondunun prezidenti Gelen Hovard, Con Hopkins Unversitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr, Enerji Siyasəti Araşdırma Fondunun prezidenti Lucyen Puqlares, «US Turkish Netwok»un həmtəsisçi və rəhbəri, Türk Amerika Dərnəklər Federasiyasının prezidenti (TADF) Kaya Boztəpə, Türk Amerika Koalisiyasının (TCA) prezidenti Lincoln Mak Kurdu, «Georgetown» Unversitetinin professoru, Mariland ştatından ABŞ senatına namizəd S.Rob Sobhani, Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Azərbaycan-Amerika Ticarət Palatasının icraçı direktoru Mahir İsgəndərli, eləcə də bir neçə keçmiş konqresmen, Amerikadakı Azərbaycan, türk diasporunun və yəhudi icmasının nümayəndələri və USAN-ın bütün fəalları iştirak edəcəklər. Konfransdan sonra Vaşinqtondakı «Kennedi» mərkəzində Azərbaycan incəsənət ustaların iştirakı ilə konsert olacaq. Konsertdə İsmayıl Hacıyevin rəhbəlik etdiyi «İpək yolu» Kanada-Azərbaycan simfonik orkestri, tanınmış pianoçu, professor Yeganə Axundova, II muğam müsabiqəsinin qalibi Güllü Muradova və muğam üçlüyü, Rain Sultanovun rəhbərlik etdiyi caz qrupu, əməkdar artist Tünzalə Ağayeva və Tahir Eynullayevin rəhbərlik etdiyi rəqs qrupu çışıx edəcək. Bədii hissədə Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev, Vaqif Mustafazadənin əsərləri, xalq mahnıları, təsniflər və muğam parçaları, caz kompozisiyaları, milli rəqslərimiz, eləcə də Tünzalə Ağayevanın ifasında digər mahnılarla yanaşı «Ölkəm» layihəsi təqdim olunacaq. Oktyabrın 3-də nümayəndə heyəti Nyu Yorka gələcək. Bu şəhərdə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçiriləcək. Tədbirin təşkilatçıları Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi və Amerika Azərbaycanlıları Cəmiyyətidir. Nyu York şəhərinin Bruklindəki «Kingsborough» konsert zalında keçiriləcək tədbirdə Azərbaycanın incəsənət ustaları bədii proqram təqdim edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar