SON XƏBƏRLƏR

Abbas Lisani azadlığa buraxıla bilər

2021.10.20, 07:36
Abbas Lisani azadlığa buraxıla bilər

Gunaz.tv
Abbas Lisani azadlığa buraxıla bilər Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Abbas Lisani barəsində Ərdəbil şəhər Polis İdarəsinin qaldırdığı məhkəmə iddiası təmin olunmayıb. Coydaşımızın vəkili Məhəmmədrza Fəqihi bildirib ki, bir müddət əvvəl Ərdəbil şəhər Polis İdarəsi 2006-cı ilin may hadisələri zamanı qurumun inzibati binasına hücumun Abbas Lisani tərəfindən təşkil olunduğu iddiasıyla yerli məhkəməyə müraciət etmişdi. Məhkəmə isə iddianın əsassız olduğuna dair qərar çıxarıb. Vəkil qeyd edib ki, Abbas Lisaninin cəza müddəti gələn ilin yanvarında tamam olur və milli fəal azadlığa buraxılmalıdır. Xatırladaq ki, İran Konstitusiyası nda cəza müddətinin yarısını tamamlayan məhbusun azadlığına qovuşması təsbit olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar