SON XƏBƏRLƏR

Culfalı hərəkatçı həbs edilib . Əli Qəhrəmaninin harada saxlandığı bəlli deyil

2021.10.20, 07:36
Culfalı hərəkatçı həbs edilib . Əli Qəhrəmaninin harada saxlandığı bəlli deyil

Gunaz.tv
Culfalı hərəkatçı həbs edilib Əli Qəhrəmaninin harada saxlandığı bəlli deyil Sentyabrın 25-də Güney Azərbaycanın Culfa şəhərində Milli Hərəkat fəalı Əli Qəhrəmani təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Hərəkat fəalının harada saxlandığı bəlli deyil. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, hərəkat fəalı buna qədər bir neçə dəfə təqib olunub, həbs edilib. Sonuncu dəfə hərəkat fəalı may hadisələri zamanı tutulmuşdu.olaylar ----------------------------------------------------------------- Azərbaycan-Türkiyə hüquqi əməkdaşlığı genişlənir Ölkəmizdə səfərdə olan Türkiyənin ədliyə naziri Mehmet Ali Şahin azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüşüb. Azərbaycanın ədliyyə naziri görüş zamanı qonağa prezident İlham Əliyevin rəhbərli altında aparılan məhkəmə-hüquq islahatı barədə məlumat verib, hüquq sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı fəaliyyətin səmərəliliyi, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Konkret sahələr üzrə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi üzrə razılığa gəlinib. Azərbaycanda həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərən türkiyəli nazir hüquqi sahədə əməkdaşlığın prespektivlərə malik olduğunu vurğulayıb. Türkiyə nümayəndə heyəti nazirlikdə "Heydər Əliyev" və "Azərbaycan ədliyyəsinin tarixi" muzeyi, Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olublar. Qonaqlara Ermənistan-Azərbaycan münaqişəsilə bağlı materialları əks etdirən xüsusi dərgi təqdim edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar