SON XƏBƏRLƏR

TÜRKİYƏ BMT TƏHLÜKƏSİZLİK ŞURASINA ÜZV OLA BİLƏR

2021.10.20, 07:36
TÜRKİYƏ BMT TƏHLÜKƏSİZLİK ŞURASINA ÜZV OLA BİLƏR

Gunaz.tv
TÜRKİYƏ BMT TƏHLÜKƏSİZLİK ŞURASINA ÜZV OLA BİLƏR Nyu Yorkda olan prezident və xarici işlər naziri bu yöndə fəal diplomatiya aparır Türkiyə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilə bilmək üçün təşkilatın Baş Assambleyasının davam etməkdə olan 63-cü sessiyası çərçivəsində fəal diplomatiya aparır. Neçə vaxtdır Təhlükəsizlik Şurasına seçilmək istəyən Türkiyə sessiya çərçivəsində əsas diqqəti Afrika və kiçik ada dövlətlərinin dəstəyini qazanmağa yönəldib. Türkiyə mənbələrinin məlumatlarına görə, Nyu Yorkda səfərdə olan prezident Abdullah Gül və xarici işlər naziri Əli Babacan bir həftə boyunca çoxsaylı görüşlər keçirərək ölkənin Təhlükəsizlik Şurasına üzvlüyünə dəstək əldə etməyə çalışacaq. Prezident Gülün Baş Assambleyadakı çıxışında da bu məsələyə geniş yer verilib. Gül deyib ki, Türkiyə artıq beynəlxalq ictimaiyyət tərəfindən donor ölkə kimi qəbul edilir və regional problemlərin həllində vasitəçilik missiyası sayəsində sülhün inkişafına öz töhfəsini verir. Abdullah Gül çıxışında BMT üzvlərindən Türkiyənin 2009-2010-cu illər üçün Təhlükəsizlik Şurasına üzv olmasına dəstək verməyi xahiş edib. O bildirib ki, Türkiyə hazırda İran, Suriya və Livanla bağlı yaranmış gərginliyin yumşaldılması üçün ciddi səylər göstərir, Qafqazdakı problemlərin həllinə yardım etməyə çalışır, Yaxın Şərq münaqişəsinin həllinə öz töhfəsini vermək üçün cəhdlər edir. Gülün sözlərinə görə, Türkiyə Əfqanıstanın gələcəyinə yönələn ciddi təşəbbüslər göstərir, terrora qarşı mübarizəyə dəstək verir və kasıb ölkələrin iqtisadi problemlərinin həllinə yardım edir. Məlumatlara görə, Türkiyənin gələn ay keçiriləcək səsvermə zamanı Təhlükəsizlik Şurasına seçilmək şansları pis deyil. Belə ki, Afrikanın əksər müsəlman ölkələri Türkiyənin namizədliyini dəstəkləyir. Habelə Türkiyə Sakit okean hövzəsindəki kiçik ada dövlətləri ilə əlaqə quraraq onların dəstəyini qazanmağa çalışır. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar