SON XƏBƏRLƏR

TEHRANIN ORTASINDA RAKETLƏR SƏRGİYƏ ÇIXARILIB

2021.10.20, 07:36
TEHRANIN ORTASINDA RAKETLƏR SƏRGİYƏ ÇIXARILIB

Gunaz.tv
TEHRANIN ORTASINDA RAKETLƏR SƏRGİYƏ ÇIXARILIB İran-İraq müharibəsinin 28-ci ildönümündə Tehranın Baharistan meydanında və İran parlamentinin binası yaxınlığında raketlər sərgiyə çıxarılıb. «Media forum» saytı xəbər verir ki, sərgidə «Şəhab-3» raketləri ilə yanaşı başqa hərbi texnikalar da nümayiş etdirilir. İran 2 min kilometrlik məsafədən hədəfi, o cümlədən də İsraili vura bilən «Şəhab-3» raketini ölkə mütəxəssislərinin istehsal etdiyini desə də, ABŞ bu raketlərin Şimali Koreyanın bir raketinin tam eyni olduğunu vurğulayr. «Şəhab-3» raketi bu ilin yay mövsümünün əvvəllərində «Pəyambəri Əzəm 3» adlı hərbi təlimlərdə yenidən sınaqdan keçirilib. Bu hərbi təlimlərdə iştirak etmiş İran İnqilab Keşikçiləri Korpusu («Sepah») hava qüvvələrinin komandanı Hüseyn Səlami jurnalistlərə açıqlamasında raketin istənilən vaxt və istənilən məkanda atəşə hazır olduğunu demişdi. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar