SON XƏBƏRLƏR

İrandakı yeni qanuna əsasən Dinini dəyişənlər, falçılar, ekstrasenslər, homoseksualistlər ölüm cəzası alacaq

2021.10.20, 07:36
İrandakı yeni qanuna əsasən Dinini dəyişənlər, falçılar, ekstrasenslər, homoseksualistlər ölüm cəzası alacaq

Gunaz.tv
Dinini dəyişənlər, falçılar, ekstrasenslər, homoseksualistlər ölüm cəzası alacaq İrandakı yeni qanuna əsasən Hər zaman beynəlxalq hüquq prinsiplərinə zidd addımlar atan İran yenə öz "ənənəsi"nə sadiq qalıb. Belə ki, İran parlamentinin üzvləri şəriət qanunlarını əsas götürərək islam dinindən imtina edən kişilərin ölüm cəzasına, qadınların isə ömürlük həbsə məhkum edilməsinə dair qərar veriblər. Yeni qanunun digər müddəalarına əsasən, ekstrasenslər, falçılar və homoseksualistlər də ölüm cəzasına məhkum ediləcəklər. Səsvermə zamanı İran parlamentinin 196 deputatı qanunun lehinə, 6-sı əleyhinə səs verib, 2 millət vəkili isə bitərəf qalıb. Xatırladaq ki, Avropanın missioner təşkilatı fars rejiminin bu hərəkətini pisləyən bəyanat yayıblar. Artıq qəbul olunmuş qanunun iki qurbanının olduğunu demək olar. Belə ki, bu ilin may ayında Şiraz əyalətində xristian dinini qəbul edən iki kişi həbs olunub və İran İnqilab Məhkəməsi hər iki şəxsə ölüm cəzasının verilməsini tələb edib. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar