SON XƏBƏRLƏR

KÜRD SEPARATÇILARINDAN MÜSAHİBƏ ALAN TÜRK JURNALİSTLƏRİ CƏRİMƏLƏNDİ

2021.10.20, 07:36
KÜRD SEPARATÇILARINDAN MÜSAHİBƏ ALAN TÜRK JURNALİSTLƏRİ CƏRİMƏLƏNDİ

Gunaz.tv
KÜRD SEPARATÇILARINDAN MÜSAHİBƏ ALAN TÜRK JURNALİSTLƏRİ CƏRİMƏLƏNDİ Türkiyə məhkəməsi dörd il öncə kürd separatçılarından müsahibə alan üç jurnalisti cərimələyib. «Media forum» saytı xəbər verir ki, «Hürriyət» qəzetinin əməkdaşları terror təşkilatının təbliğatını yaymaqda təqsirkar biliniblər. Reportyor Səbati Qaraqurd PKK-nın Türkiyə ilə İraq sərhədindəki düşərgəsində müsahibələr alıb. Bu səbəbdən reportyor və qəzetin redaktoru Həsən Qılıc hər biri 40 min türk lirəsi (32,3 min dollar), digər redaktor Nədcet Tatlıcan isə 20 min lirə məbləğində cərimələniblər. Türkiyə KİV-inin məlumatına görə, S.Qaraqurd 2004-cü ilin oktyabrında kürdlərin gündəlik yaşayış tərzi, eləcə də düşərgədəki qadın yaraqlıların feminist əhval-ruhiyyəsi bardə material hazırlayıb. Məqalədə gülümsəyən, gitarada müxtəlif mahnılar ifa edən və PKK-nın fəaliyyətindən danışan yaraqlıların şəkilləri də yer alıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar