SON XƏBƏRLƏR

İranda bəhailərə qarşı imzatoplama kampaniyası başlanıb

2021.10.20, 07:36
İranda bəhailərə qarşı imzatoplama kampaniyası başlanıb

Gunaz.tv
İranda bəhailərə qarşı imzatoplama kampaniyası başlanıb Rəhbərləri həbs edilən icma başsız qalıb İranın əksər yerlərində olduğu kimi, ölkənin dini mərkəzi sayılan Qum şəhərində də bəhailərə qarşı imzatoplama kampaniyası başlanıb. Xatırladaq ki, bundan əvvəl analoji kampaniya paytaxt Tehranda baş tutmuşdu və hazırda hər iki şəhərdə imzatoplama davam edir. İran dindarları tərəfindən barələrində Baş prokurorluğa müraciət edilən bəhailər İsrail və sionistlərlə əməkdaşlıqda günahlandırılırlar. Xatırladaq ki, əsas dini ibadətgahı İsrail ərazisində yerləşən bəhailərə qarşı imzatoplama kampaniyası başlayıb. Bu ilin mayında İranın bəhai icmasının 6 rəhbəri həbs edilib. "İran Milli Məhfeli" adı altında fəaliyyət göstərən 7 nəfərlik idarə heyəti olan icma tam başsız qalıb. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar