SON XƏBƏRLƏR

TÜRKMƏNİSTANDA XALQ MƏSLƏHƏTİ LƏĞV OLUNDU

2021.10.20, 07:36
TÜRKMƏNİSTANDA XALQ MƏSLƏHƏTİ LƏĞV OLUNDU

Gunaz.tv
TÜRKMƏNİSTANDA XALQ MƏSLƏHƏTİ LƏĞV OLUNDU turkmenxalqmesleheti1.jpg Türkmənistanın ali nümayəndəlik və qanunverilik orqanı olan Xalq Məsləhətinin (Xalq Şurası) bu gün Aşqabadda növbədənkənar iclası keçirilib. «Media forum» saytı xəbər verir ki, ölkədə konstitusiyanın yeni redaksiyada qəbulu ilə əlaqədar Xalq Məsləhəti bir qurum kimi ləğv olunub. Onun səlahiyyətləri isə prezidentlə parlament arasında bölüşdürülüb. Qeyd edək ki, 2006-cı ilin dekabrında vəfat edən Türkmənistan prezidenti Saparmurad Niyazovu (Türkmənbaşı) əvəzləmiş Qurbanqulu Berdiməhəmmədov hakimiyyətə gələndən ölkədə Türkmənbaşının adı ilə bağlı bir sıra ənənələrə son qoyulub. Xalq Məsləhəti də Niyazovun vaxtında yaradılmışdı. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar