SON XƏBƏRLƏR

TBMM-də AKP-CHP "dueli"

2021.10.20, 07:36
TBMM-də AKP-CHP "dueli"

Gunaz.tv
TBMM-də AKP-CHP "dueli" Dünən Türkiyə Böyük Millət Məclisində iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) ikinci adamı Dengir Mir Mehmet Firatla müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyasının həmsədri Kamal Kılıçdaroğlu arasında məşhur telejurnalist Uğur Dündarın aparıcılığı ilə teledebat keçirilib. Kılıçdaroğlu son günlər yorulmadan məşhur "Dəniz Fənəri" qalmaqalı ilə bağlı hökumətin ünvanına ittihamlarla çıxış edir, bir sıra AKP üzvlərini saxtakarlıqda və rüşvətdə suçlayır. Debatda Kılıçdaroğlu Firatı bir sıra cinayətlərdə ittiham edib və bununla bağlı sənədlər göstərib. AKP "ideoloqu" və Ərdoğanın əsas "söyüş söyəni" Dengir Mir Mehmət bəy isə bunları əsassız adlandırıb və opponentini iftira atmaqda suçlayıb. Qeyd edək ki, teledebat ərəfəsində tükr mediası Kılıçdaroğlu ilə Firatın dünənki qarşılaşmasını ironiya ilə "böyük duel" adlandırırdı. Bu arada AKP TBMM-də bir deputatını itirib. "Habertürk"ün xəbərinə görə, hakim partiyanın Yozqatdan millət vəkili Yaşar Öztürk səbəblərini açıqlamadan AKP-dən istefa verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar