SON XƏBƏRLƏR

İnsanın fikrini oxuyan cihaz

2021.10.20, 07:36
İnsanın fikrini oxuyan cihaz

Gunaz.tv
İnsanın fikrini oxuyan cihaz ABŞ aeroportlarında quraşdırılacaq cihaz insanın üz cizgilərindən onun nə düşündüyünü ayırd edə bilir Amerika Birləşmiş Ştatlarının aeroportlarında insanların düşüncələrini müəyyən edəcək cihazlar quraşdırılacaq. ABŞ-ın Daxili İşlər Nazirliyi tərəfindən test edilən cihaz şübhəliləri uzaqdan tanıya biləcək. Cihaz insanın üz cizgilərindən onun nə düşündüyünü ayırd edə bilir. Yeni cihaz keçən həftə 140 könüllü üzərində yoxlanılıb və nəticələr 78-80 faiz arasında uğurlu olub. ----------------------------------------------------------------------- İri müəssisələr paytaxtdan çıxarılacaq Bakının baş planı hazırlanır: şəhər qərb istiqamətində genişlənəcək "Bakıdakı iri müəssisələrin çoxu şəhər kənarına köçürüləcək". Bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələkbərov məlumat verib. Paytaxtın baş planının hazırlandığını deyə A.Ələkbərov əlavə edib ki, şəhərin əsasən, qərb istiqamətdə genişləndirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, gələcəkdə Böyükşor gölü yaxınlığında yeni idman və əyləncə kompleksi də yaradılacaq (ANS TV). Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da 2018-ci ildə neftayırma zavodlarının Bakıdan köçürüləcəyinin nəzərdə tutulduğunu bildirib. Belə ki, istifadəyə yararsız, köhnə avtomobillər probleminin aradan qaldırılması üçün ETSN ölkə prezidentinin tapşırığı ilə Avro 3, Avro 4, Avro 5-ə keçməklə bağlı təkliflər hazırlayıb. "Bu o deməkdir ki, bir sıra avtomobillərin ölkəyə gətirilməsi çətinləşəcək. Çünki bu yanacağı hər avtomobil istifadə edə bilmir. Həmin yanacağı ölkə istehsal etməlidir. Odur ki, inkişaf proqramlarımızda neftayırma zavodlarının yenidən qurulması və Bakıdan köçürülməsi 2018-ci il üçün nəzərdə tutulub",-Bağırov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar