SON XƏBƏRLƏR

BU GÜN(26 SENTYABR) ÜÇ NAZİRİN NYU YORK GÖRÜŞÜ OLACAQ

2021.10.20, 07:36
BU GÜN(26 SENTYABR) ÜÇ NAZİRİN NYU YORK GÖRÜŞÜ OLACAQ

Gunaz.tv
BU GÜN ÜÇ NAZİRİN NYU YORK GÖRÜŞÜ OLACAQ Həmsədrlər isə Ankara-Bakı-İrəvan danışıqlarından öncə Sərkisyanla görüşüblər 879.jpg ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) Nyu Yorkda səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyanla görüşüblər. APA-nın “Arka-nyus” agentliyinə istinadən yaydığı məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub. Tərəflər həmçinin Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün təşkili perspektivlərini müzakirə ediblər. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan da iştirak edib. Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün Nyu Yorkdadırlar. Hər iki nazirin iş qrafiki gərgin olduğundan görüşün dəqiq tarixini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Eyni zamanda bu gün Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü gözlənilir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar