SON XƏBƏRLƏR

Rusiya işğalı rəsmiləşdirir_Vladimir Putin: "Biz Cənubi Osetiya ilə sərhədləri ləğv edirik

2021.10.20, 07:36
Rusiya işğalı rəsmiləşdirir_Vladimir Putin: "Biz Cənubi Osetiya ilə sərhədləri ləğv edirik

Gunaz.tv
Rusiya işğalı rəsmiləşdirir Vladimir Putin: "Biz Cənubi Osetiya ilə sərhədləri ləğv edirik putinmedved.jpg "Hazırda Cənubi Osetiyanın Rusiyanın tərkibinə daxil olması barədə söhbət getmir. Ancaq Moskva osetin xalqının reinteqrasiyası üçün Sxinvaliyə maksimum dərəcədə yardım göstərəcək". Belə bir açıqlama ilə Rusiyanın baş naziri Vladimir Putin çıxış edib. Osetin xalqının bir yerdə olması, Şimali və Cənubi Osetiyanın birləşməsilə bağlı sualı cavablandıran Putin qeyd edib ki, ilk öncə Cənubi Osetiya iqtisadiyyatının bərpasına diqqət yetirmək lazımdır. "Biz mahiyyət etibarilə Şimali və Cənubi Osetiyanın arasındakı sərhəddi ləğv edirik və insanlara öz ölkələrini inkişaf etdirməyə şərait yaradırıq. Cənubi Osetiya ilə Rusiya arasında bağlanılmış müqavilə belə bir hüquqi əsas yaradır. Hesab edirəm ki, bu münasibətləri dərinləşdirəcək bir neçə sənədin imzalanmasına da ehtiyac var".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar