SON XƏBƏRLƏR

Türk futbolçu oyunda öldü

2021.10.20, 07:36
Türk futbolçu oyunda öldü

Gunaz.tv
Türk futbolçu oyunda öldü Yaşıl meydanlarda futbol matçı zamanı daha bir futbolçu ölümü qeydə alınıb. Almaniyanın aşağı liqasında çıxış edən "Mayns Ditib Türkgücü" komandasının oyunçusu Ufuk Akkaynak "Villi Vakker"lə matçda ürək tutmasından vəfat edib. Görüşün 43-cü dəqiqəsində əslən Sivas şəhərindən olan 26 yaşlı türk futbolçunun halı pisləşib. O, komanda yoldaşlarına "Başım gicəllənir, mənə su verin" dedikdən sonra yerə sərilib. Futbolçu meydançada saatyarımadək davam edən tibbi müdaxilələrdən sonra Mayns Universiteti Klinikasına çatdırılıb. Lakin bütün cəhdlərə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, bir müddət öncə Almaniya Bundesliqasında çıxış edən "Köln"ün türk kapitanı Ymit Юzat da oyun zamanı bir andaca yerə sərilmişdi. Gözləri çevrilən və dili boğazına qatlanan Ymit həkimlərin səyi nəticəsində ölümdən qurtula bilmişdi. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar