SON XƏBƏRLƏR

AZƏRBAYCANLI UNİVERSİTET MÜƏLLİM və TƏLƏBƏLƏR QURUMU GÜNEYLİ FƏALLARIN HƏBSİNƏ ETİRAZ EDİR

2021.10.20, 07:36
AZƏRBAYCANLI UNİVERSİTET MÜƏLLİM və TƏLƏBƏLƏR QURUMU GÜNEYLİ FƏALLARIN HƏBSİNƏ ETİRAZ EDİR

Gunaz.tv
AZƏRBAYCANLI UNİVERSİTET MÜƏLLİM və TƏLƏBƏLƏR QURUMU GÜNEYLİ FƏALLARIN HƏBSİNƏ ETİRAZ EDİR Sentyabrın 22-də Azərbaycanlı Universitet Müəllim və Tələbələr Qurumu son vaxtlar güneyli fəalların geniş həbsinə etirazını bildirib. «Media forum» saytının məlumatına görə, qurumun bununla bağlı yaydığı bəyanatda ETTELAAT əməkdaşlarından güneyli fəallara qarşı qanunsuz hərəkətlərə son qoyulması tələb olunur. Bəyanatda deyilir ki, sentyabrın 10-da ETTELAAT əməkdşları bir iftar qonaqlığına gələn və Azərbaycan milli kimliyi, insan hüquqları uğrunda dinc fəaliyyət aparan azərbaycanlıları həbs edərək bilinməz istiqamətə aparıblar. Tutulanların əksərinin yazıçı, şair və hüquq müdafiəçisi olduğunu xatırladan bəyanat müəllifləri vurğulayırlar ki, həmin adamlar yalnız öz qələmi ilə şəxsi görüşlərini ifadə edir və ölkənin qanunlarını pozmurlar: «Onların fəaliyyəti İran İslam Respublikasının da qol çəkdiyi beynəlxalq konvensiyalardakı müddəlara uyğundur». Azərbaycanlı Universitet Müəllim və Tələbələr Qurumu tutulanların dərhal azadlığa buraxılmasını istəyir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar